Azərbaycan Kuboku: "Zirə" finalda "Sabah"a qalib gəlir - YENİLƏNİB-3
Bakı, 13 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşün ilk yarısından sonra "Zirə" 1:0 hesabı ilə qalib gəlir.
Qolu 4-cü dəqiqədə Eren Aydın vurub.
Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.
20.58
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşün fasiləsinə "Zirə" 1:0 hesablı üstünlüklə yollanıb.
Qolu 4-cü dəqiqədə Eren Aydın vurub.
Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.
20.12
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşün 4-cü dəqiqəsində "Zirə"nin heyətində Eren Aydın fərqlənib - 1:0.
Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.
20.01
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.
AZƏRTAC xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.
Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.
Müxbir - Aynur Əlixanlı