Azərbaycan güləşçisi Avropa çempionu olub
Bakı, 13 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Əli Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova heç bir şans verməyib. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Əli Avropa çempionu olub.
Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub – 0:8.
Zöhrab Səfərov isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.
Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa üçüncüsü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [22:45]
Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb
- 13.05.2026 [22:41]
“Sabah”ın baş məşqçisi: Bu qalibiyyətlərin arxasında komanda işi var
- 13.05.2026 [22:27]
Rəşad Sadıqov: Qürurverici məğlubiyyət oldu
- 13.05.2026 [22:02]
“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub VİDEO
- 13.05.2026 [21:34]
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
- 13.05.2026 [21:30]
Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 13.05.2026 [21:01]
Azərbaycan Kuboku: "Zirə" finalda "Sabah"a qalib gəlir - YENİLƏNİB-3
- 13.05.2026 [18:50]