ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Anlaşma Memorandumunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
Bu Anlaşma Memorandumunun imzalanmasından sonra ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.
Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin, layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ADA Universiteti cari il martın 5-də onlayn formatda Belçika Krallığının "EPHEC" Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk Memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.
ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma memorandumları imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [18:53]
Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər
- 14.02.2026 [18:43]
Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]
Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır
- 13.02.2026 [20:20]
Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
- 13.02.2026 [20:16]