ELM VƏ TƏHSİL


Akademiyanın elmi nailiyyətləri sərgisinin açılışı olub

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Elm Gününə həsr edilən akademiyanın elmi nailiyyətləri sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin təşkilində məqsəd elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsidir.

AMEA-nın Ümumi yığıncağı çərçivəsində təşkil olunan sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri qonaqlara əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları və s. haqqında məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.

Akademiyanın elmi nailiyyətlərinin sərgisində təqdim olunan materiallar maraqla qarşılanıb. Elmi nailiyyətlər sərgisi aprelin 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.