Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasında Azərbaycanın Ombudsman təsisatının fəaliyyəti örnək olaraq göstərildi

Avropa Şurasında Azərbaycanın Ombudsman təsisatının fəaliyyəti örnək olaraq göstərildi

Strasburq, 2 oktyabr, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 2-nə təsadüf edən üçüncü iş günü Böyük Britaniyadan olan deputat Lord Riçard Balfın hazırladığı “Avropada ombudsman təsisatı - müştərək standartlar ehtiyacı” adlı məruzə ətrafında müzakirələrlə başlandı. Getdikcə cəmiyyət həyatında daha artıq rol kəsb edən bu təsisatın vacibliyi, ayrı-ayrı ölkələrin ombudsmanları arasında təcrübə mübadiləsinin gücləndirilməsi müzakirələrə qatılan deputatların üzərində dayandığı başlıca məqam idi.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu məsələ ilə bağlı çıxış edərək əvvəlcə ombudsman təsisatının Avropada artan əhəmiyyəti üzərində dayandı: “Ombudsman” termini və təsisatı ilk dəfə XIX əsrdə yaranaraq XX yüzillikdə formalaşmış yeni bir hadisə olsa da, mahiyyəti etibarilə bu anlayış qədim tarixə malikdir. İnsan haqları, yaxşı idarəçilik uğrunda mübarizə həmişə aparılıb. Kimsə şəxsi təşəbbüsü, kimsə cəmiyyətin seçimi əsasında bu missiyanı üzərinə götürüb, bununla da əslində demokratik dəyərlərin daha artıq bərqərar olmasına öz töhfəsini verməyə çalışıb. Lakin bu gün Avropada və dünyada ombudsman institutu dövlət idarəçiliyi şəbəkəsində tənzimləməni təmin edən və özünəməxsus yeri olan bir qurum kimi getdikcə daha artıq əhəmiyyət kəsb edir. Beləliklə, əhalinin dövlət nəzarətində olan sahələrlə əlaqədar şikayətinə baxan ombudsman və onun rəhbərlik etdiyi institutun daha mükəmməl və çevik olmasına ehtiyac da artır. Nə qədər paradoksal səslənsə də, vəzifəsi, məqsədi vətəndaşların hüquqlarını müdafiə etmək olan Ombudsman institutunun özünün də bu gün müdafiəyə, bundan ötrü isə daimi təkmilləşməyə ehtiyacı var. Bir təsisat kimi daha yaxşı qorunmağın, daha nüfuzlu, daha təkmil olmağın yolu isə qlobal ombudsman şəbəkəsindəki əməkdaşlığın daha da sıx olmasıdır. Daha yaxın əməkdaşlıq isə təcrübə mübadiləsinin çoxalmasına, ortaq standartların üzv ölkələrdə daha işlək olmasına gətirib çıxarır. Eləcə də bu fəal əməkdaşlıq ombudsman təsisatını qarşılaşa biləcəyi hər hansı məhdudiyyətlərdən daha çox qoruyur, onun daha geniş müstəqilliyinə etibarlı zəmin yaradır”.

Azərbaycanda ombudsmanın fəaliyyəti üzərində ayrıca dayanaraq bu barədə geniş məlumat verən Rafael Hüseynov ölkəmizin həmin sahədəki uğurlu addımlarının müvafiq beynəlxalq qurumlar tərəfindən təqdir edildiyini xatırlatdı: “Azərbaycanda Ombudsman institutunun 17 yaşı var. Lakin bu çox da böyük olmayan müddət ərzində nəzərəçarpacaq uğurlar əldə edilib. İldən-ilə artan müsbət dəyişiklikləri və inkişafı isə ən azı hər il milli parlamentdə ombudsmanın illik hesabatını dinləyərək bunu keçmiş dövrlə müqayisə edəndə aydın görürük. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Avropa və dünya ombudsman təcrübəsini öyrənmək və mənimsəməklə yanaşı, Azərbaycan bu təsisatın daha təkmil olmasına xidmət edən, başqa ölkələrin nümunə götürə biləcəyi öz müsbət təcrübələrini də ortaya qoyur. Təsadüfi deyil ki, Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 2018-ci ilin 30 oktyabrında Bakı şəhərində keçirilmiş 21-ci iclasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın milli və beynəlxalq səviyyədə maraqlı tərəflərlə sıx əməkdaşlığa əsaslanan uğurlu fəaliyyəti təqdirəlayiq nümunə kimi təqdim olunub”.

Dünyada və Avropada getdikcə böyük bəlaya çevrilən qaçqınlar və məcburi köçkünlər probleminə toxunan deputat Azərbaycanın bu istiqamətdə daha narahat bir vəziyyətdə olduğunu diqqətə çatdırdı. Rafael Hüseynov ölkədə Ombudsman təsisatının işə başladığı ilk gündən başlıca prioritetlərindən birinin məhz bu həssas təbəqənin problemlərinin həllinə daha çox diqqət yetirmək olduğunu söylədi. Eyni zamanda, deputat bu sahədə Azərbaycan ombudsmanının təcrübəsindən oxşar problemlə üzləşən digər Avropa ölkələri ombudsmanlarının da yararlanmasının məqsədəmüvafiq olduğunu bildirdi: “Təəssüflər olsun ki, qaçqınlıq faciəsi Avropada və dünyada getdikcə daha iri miqyaslar almaqdadır. Son 30 ilə yaxın müddətdə 1 milyondan artıq qaçqın və məcburi köçkünün ağır qayğıları ilə yaşayan Azərbaycanda ombudsman təsisatı üçün də bu sahə başlıca prioritetlərdəndir. Həmin həssas təbəqənin problemləri ilə bağlı bir təsisat olaraq yarandığı ilk günlərdən daim yaxından məşğul olan Azərbaycan ombudsmanının təcrübəsi oxşar problemlərlə üzləşən ölkələr üçün gərəklidir və nümunə olaraq götürülə bilər”.

Çıxışının yekununda “bizim hamımızın başlıca ideyamız və niyyətimiz daha yaşamalı Avropa evini qurmağa nail olmaqdan ibarətdir. Bu gün ətrafında fikir bölüşdüyümüz çox lazımlı məruzə və onun fəlsəfəsi isə bu ideya və niyyətə birbaşa xidmət edir”, - deyən Rafael Hüseynov inkişafa xidmət edən ortaq dəyərlərin ardıcıl şəkildə paylaşılmasının daha bütöv və yekdil Avropa quruculuğunda əhəmiyyətini vurğulayıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır