Azərbaycan Premyer Liqası: “Keşlə”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib
Bakı, 31 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 31-də Azərbaycan Premyer Liqasında 7-ci turun təxirə salınmış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi ilə ilk görüşünə çıxan “Keşlə” doğma meydanda “Qarabağ” klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı oyunun 56-cı dəqiqəsində Ağdam təmsilçisi açıb. Miçel adını tabloya yazdırıb. Paytaxt klubunun heyətində isə Sertan Taşqın 79-cu dəqiqədə fərqlənməklə qarşılaşmada tarazlığı bərpa edib. Oyunun 89-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Samir Məsimov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, bu nəticədən sonra “Qarabağ” 17 xalla turnir cədvəlində ikinci, “Keşlə” isə 6 xalla 7-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]