Azərbaycan Premyer Liqasının ikinci turuna yekun vurulub
Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə "Sabah" klubu “Bank Respublika Arena"da "Qəbələ"ni qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qol 17-ci dəqiqədə vurulub. "Sabah"ın heyətində Coşqun Diniyev uzaq məsafədən topu qapıdan keçirib. Cəmi 10 dəqiqə sonra müdafiəçi Bəhlul Mustafazadə künc zərbəsi zamanı rəqib qapısı qarşısında qarışıqlıqdan istifadə edərək fərqi artırıb.
Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə "Sabah" daha bir dəfə qonaqları cəzalandırıb. "Qəbələ"nin kapitanı Asif Məmmədovun kobud səhvindən sonra qapıçını da keçən Ramil Şeydayev topu tora göndərib. Oyunun 77-ci dəqiqəsində “Sabah" meydanda azlıqda qalıb. Slavik Alxasov qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra ilk xallarını qazanan "Sabah" 4-cü pilləyə yüksəlib. Bir xalı olan "Qəbələ" isə 7-ci sıraya geriləyib.
Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" klubu "Neftçi"ni 2:0, "Zirə" komandası isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Keşlə" oyununda isə qalib müəyyənləşməyib - 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
- 10.05.2026 [06:34]
Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı
- 10.05.2026 [04:28]
Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
- 10.05.2026 [02:59]
Lionel Messi MLS-in tarixinə düşüb
- 10.05.2026 [00:44]
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub
- 09.05.2026 [22:02]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]
İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı
- 09.05.2026 [21:36]
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar
- 09.05.2026 [21:22]
Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
- 09.05.2026 [21:12]
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
- 09.05.2026 [20:35]
Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
- 09.05.2026 [20:16]