SİYASƏT


Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Düşənbə, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin Ali Məclisinin Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr, ictimai birliklər və informasiya komitəsinin sədri Saidmurod Fattoxzoda və Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Camşed Murtazazoda arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir ötən il iyulun 12-də və sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə məlumat verib.

Diplomat Azərbaycan Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü və uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini vurğulayıb, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimizin azad olunduğunu qeyd edib.

Görüşdə, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında ticarət-iqtisadi sahədə münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, qarşılıqlı səfərlərin sayının artırılması və digər məsələlər müzakirə edilib.

Danışıqlar zamanı Bakı-Düşənbə aviareysinin açılması imkanlarına, eləcə də müxtəlif sahələrdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.