Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Berlində qeyd edilib

Berlin, 29 may, AZƏRTAC

Berlin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın yaddaşında dərin izlər buraxdığını qeyd edib. Diplomat müasir Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini bildirib.

Ramin Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilməsi ilə ölkəmizin regionda lider dövlətə, sabit və etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb.

Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə strateji tərəfdaşlığından, ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdən, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında oynadığı roldan bəhs edib.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir iki ölkə arasındakı əlaqələrin çoxşaxəli olduğunu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Habelə keçən ilin ölkələrimiz arasındakı münasibətlərdə əlamətdar hadisələrlə yadda qaldığını, buna misal olaraq, Azərbaycanda alman məskənlərinin yaradılmasının 200 illiyinin və Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb.

Səfir, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın ölkəmiz üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırıb. Ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.

Diplomat Azərbaycanın bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini, onun regional və qlobal müstəvidə böyük uğurlara imza atdığını vurğulayıb, Prezident İlham Əliyevin “əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” fikri ilə öz çıxışını yekunlaşdırıb.

Daha sonra Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke çıxış edib.

Andreas Peşke çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika olduğunu, məhz bu respublika dövründə bir sıra mütərəqqi addımların atıldığını söyləyib. O, Şərqdə, ümumiyyətlə dünyada ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququ ilə təmin edildiyini, ölkədə ilk və modern universitetin təsis olunduğunu, çoxpartiyalılıq əsasında parlamentin qurulduğunu, parlamentdə dövlətin inkişafı üçün mühüm qərarların qəbul edildiyini bildirib. O, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikasının bazasında məhz Azərbaycan Xalq Cümhuriyyətinin dayandığını vurğulayıb.

A.Peşke Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonrakı dövrdə sürətlə inkişaf etdiyini, bununla yanaşı, həm də Almaniya-Azərbaycan münasibətlərində müsbət irəliləyişlərin bütün sahələrdə müşahidə edildiyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə toxunan müvəkkil Almaniyanın Cənubi Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşının məhz Azərbaycan olduğunu, 150-dən çox alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini və iqtisadi əməkdaşlığın uğurla davam etdirilməsi üçün müxtəlif insititusional təsisatların uğurla fəaliyyət göstərdiyini bildirib. O, Almaniyanın Azərbaycanın enerji nəqliyyatı xətlərinin diversifikasiyası siyasətini alqışladığını və ölkəsinin Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə böyük ümidlər bəslədiyini bildirib.

A.Peşke Almaniya-Azərbaycan münasibətlərinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, onun çox geniş spektri əhatə etdiyini söyləyib. Mədəniyyət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq kimi sahələrlə yanaşı, təhsil sahəsində də uğurlu fəaliyyətin olduğunu diqqətə çatdırıb. 2017-ci ilin statistik göstəricilərinə əsasən, Almaniyada 1136 azərbaycanlı tələbinin təhsil aldığını, onlardan 208 nəfərinin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə təhsilini davam etdirdiyini vurğulayıb.

Müvəkkil, həmçinin Azərbaycan Respublikasının hər zaman Avropa İttifaqı ilə əməkdaşlığa maraq göstərdiyini, hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da dərinləşdirəcək yeni saziş üzərində işin aparıldığını bildirib.

A.Peşke həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda və bütün regionda stabilliyə və təhlükəsizliyə təhdid olduğunu, buna görə də Almaniyanın ATƏT-in Minsk qrupu çərçivəsində bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirdiyini, bunun üçün həmsədrlərin fəaliyyətini dəstəklədiyini qeyd edib. Münaqişənin həll ediləcəyi təqdirdə həm bütün regionun inkişaf perspektivlərinin, həm də bu regionda yaşayan sadə insanların da həyatının əhəmiyyətli şəkildə yaxşılaşdırıla biləcəyinə əminliyini vurğulayıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə, eyni zamanda, Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu, məhz o zamanlar Almaniya ilə Azərbaycan arasında dostluq ənənələrinin əsasının qoyulduğunu söyləyib. Bu ənənələrin əsasında Almaniya-Azərbaycan dostluğunun gələcəkdə də inkişaf edəcəyini bildirib. Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Almaniya Federativ Respublikası hökumətinin təbriklərini çatdırıb.

Tədbir UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması proqramının tədbirlər siyahısına daxil edilmiş məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə bağlı klassik konsert proqramı ilə davam edib. Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri Almaniya və Azərbaycan solistlərindən ibarət orkestr tərəfindən ifa olunub. Orkestrə Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edib. Məşhur Azərbaycan bəstələri Əməkdar Artist İlham Nəzərli və Selcan Nəsibli tərəfindən səsləndirilib.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, SOCAR-ın Almaniya nümayəndəliyinin və “CLAAS” şirkətinin dəstəyi ilə baş tutmuş konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbir Azərbaycan və Avropa mətbəxinin təamlarından ibarət ziyafətlə sona çatıb.

Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair və Azərbaycan haqda digər materiallar təqdim edilib.

Tədbirdə Bundestaqın deputatları, Kansler administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib