MƏDƏNİYYƏT


Azərbaycan uşaq yazarlarının virtual kitab sərgisi oxuculara təqdim edilib

Bakı, 2 aprel, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası pandemiya dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr etdiyi “Sevimli kitablarımız” adlı virtual kitab sərgisini oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə müxtəlif dövrlərdə yaşayıb yaratmış Azərbaycan uşaq yazarlarının 44 adda kitabları tam mətnlə verilib.

Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycan yazarlarının ədəbi irsi ilə oxucuları tanış etmək, uşaqların intellektual inkişafında mühüm rol oynayan kitabları oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəməkdir.

Oxucular virtual sərgi vasitəsilə F.Köçərlinin “Balalara hədiyyə”, Abbas Səhhətin “Gün dağlara yayıldı”, Abdulla Şaiqin “Tıq-Tıq xanım”, Xanımana Əlibəylinin “Biletsiz sərnişin”, Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı”, Zahid Xəlilin “Orxan, Vəfa və Babək”, Rafiq Yusifoğlunun “Ana Dilim”, Ələmdar Quluzadənin “Navalça”, Gülzar İbrahimovanın “Dəniz balası”, Solmaz Amanovanın “Turac”, Reyhan Yusifqızının “Hamıdan qəşəng”, Sevinc Nuruqızının “Babək”, Qəşəm İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər”, Aygün Bünyadzadənin “Üç nağıl” və digər maraqlı kitablardan yararlanacaqlar.

Aşağıdakı link vasitəsilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz: https://www.clb.az/sevimli-kitablarmz_d3141.html 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.