Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin 
bəyanatı

-Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli qonaqlar, xanımlar və cənablar.

Kasım-Jomart Kemeleviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürüdür. Bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri bizim iştirakımızla, 20-dən çox sənəd isə bu gün müvafiq strukturlar arasında imzalandı. Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam.

Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

Məni Qazaxıstanın ali ordeni - “Qızıl qartal” kimi tərcümə edilən “Altın kıran” ordeni ilə təltif etdiyinə görə Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyim və göstərəcəyim səylərə münasibətin ifadəsi kimi qiymətləndirirəm.

Bu gün Qazaxıstan Prezidenti ilə görüşümüz zamanı mən onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdım və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq etdim. Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk.

Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Mənim fikrimcə, burada böyük potensial var. Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi - 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır.

Əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələləri, humanitar əməkdaşlıq məsələlərini də müzakirə etdik. Başqa sözlə desək, bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir.

Mən Qazaxıstan Prezidentinə ölkəmizə səfər etdiyinə, onun tərəfindən, qardaş qazax xalqı tərəfindən gördüyümüz münasibətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Kasım-Jomart Kemeleviçə onun bütün təşəbbüslərində öz adımdan və bütün Azərbaycan xalqı adından uğurlar arzulamaq istəyirəm. Mən hələ söhbət zamanı onun həyata keçirdiyi islahatlara, iqtisadi inkişafa yönəlmiş islahatlara, Qazaxıstanın müstəqilliyinin, suverenliyinin möhkəmlənməsinə yönəlmiş addımlara öz münasibətimi bildirmişəm. Biz Azərbaycanda bu islahatları tamamilə dəstəkləyirik və ən başlıcası, onlar Qazaxıstan xalqı tərəfindən dəstəklənir. Xalq görür ki, Prezidentin sözləri ilə işləri bir-birinə zidd deyil, onlar Kasım-Jomart Kemeleviçin Qazaxıstanı daha da inkişaf etdirmək üzrə fəaliyyətinin nəticələrini görürlər. Biz Sizin dostlarınız, qardaşlarınız kimi buna çox şadıq və bütün qardaş Qazaxıstan xalqına bundan sonra da uğurlar, firavanlıq və sülh arzu etmək istəyirik.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyanatla çıxış etdi.

Prezident Kasım-Jomart Tokayevin
bəyanatı

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Mən, ilk növbədə, gözəl Bakı şəhərinə rəsmi səfərə dəvətə görə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu gün biz çox geniş məsələlərə dair səmərəli danışıqlar apardıq. Azərbaycan Prezidentinin düzgün olaraq qeyd etdiyi kimi, hansısa problem, maneə görmədik, əksinə, istər iqtisadi, istərsə də humanitar sahələrdə konkret nəticələrə nail olmaq məqsədilə səyləri artırmaq barədə qarşılıqlı istək ifadə olundu. Xüsusi qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik.

Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, - Füzuli şəhərini nəzərdə tuturam, - gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir.

Bu da əlamətdardır ki, mənim səfərim yubiley tarixinə - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf edir, üç gündən sonra biz bu tarixi qeyd edəcəyik. Demək lazımdır ki, mən ümumiyyətlə xidməti vəzifələrimlə əlaqədar ölkələrimiz arasında əməkdaşlığın inkişafı prosesində lap əvvəldən iştirak edirəm, biz kifayət qədər böyük yol keçmişik. Sıfırdan başlamışıq və bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə tam əsasla danışırıq. Bu əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsi barədə Bəyannamə imzalanıb. Bu, irəliyə doğru real addımdır.

Bizim aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər.

Hörmətli İlham Heydər oğlu, əlbəttə ki, mən fürsətdən istifadə edərək, Sizə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə təşəkkürümü bildirmək istərdim. Bu il oktyabrın ortalarında bizim paytaxtımızda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu, çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq.

Həmçinin onu da qeyd etmək istərdim ki, ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi üç dəfə artıb, yəni müsbət dinamika qorunub saxlanılır. Lakin mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər. Yəqin ki, yaxın illərdə biz milyard dollar həddinə nail olmaq barədə danışa biləcəyik.

Sevindirici haldır ki, gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Bu gün mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb. Mən ümidvaram ki, bu tədbir baş tutacaq və uğur qazanacaq. Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik. Biz minnətdarıq ki, Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub.

Bildiyiniz kimi, bizim paytaxtımız Nur-Sultan şəhərinin, - o vaxt Astana adlanırdı, - küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı verilmişdir. Lakin şəhər inkişaf edir, paytaxt inkişaf edir və indi bugünkü mövqedən yanaşanda bu küçə o qədər də möhtəşəm deyil, amma Heydər Əliyevin adını daşıyır. Buna görə mən qərara aldım və paytaxtın akiminə müvafiq tapşırıq verdim ki, o, bizim paytaxtın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin - bizim çox böyük hörmət bəslədiyimiz, ölkəmizdə səmimi ehtiram bəslənilən insanın adının verilməsini təklif etsin.

Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var.

Kənd təsərrüfatı sahəsini xüsusi qeyd etmək istərdim. Burada biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik.

Başqa məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, səfərimin yekunlarını çox uğurlu qiymətləndirirəm. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, eləcə də onun hökumətinə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində çox məhsuldar işə görə minnətdarlığımı bildirmək istərdim.

Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik. Biz tamamilə haqlı olaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərin strateji xarakter daşımasından danışırıq. “Strateji” sözü çox öhdəliklər qoyur, bu söz konkret məna, konkret məzmun daşımalıdır və biz bunun üzərində işləməliyik. Mən əməkdaşlığımızın gələcəyi barədə çox nikbinəm. Qonaqpərvərliyə və yüksək işgüzar şərait yaradılmasına görə Sizə bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Bundesver indiyədək 25 mindən çox ukraynalı hərbçiyə təlim keçib

“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda rəqəmsallaşma istiqamətində hansı işlər görüləcək? VİDEO

Azərbaycanda rəqəmsallaşma istiqamətində hansı işlər görüləcək? VİDEO

Lyonda xəstəxana işçiləri təcili yardım şöbələrində vəziyyətin pisləşməsinə etiraz edirlər

Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq

Unudulmaz sənətkarın izi: Amaliya Pənahovanın 80 illiyi VİDEO

Unudulmaz sənətkarın izi: Amaliya Pənahovanın 80 illiyi VİDEO

Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir

Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram

Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib VİDEO

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib VİDEO

Bakıda Küveytin Milli Günü qeyd olunub VİDEO

Bakıda Küveytin Milli Günü qeyd olunub VİDEO

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir

ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Azərbaycanın tolerantlıq modeli barədə məlumatlandırılıb

Natiq Rəsulzadə: Elmira Axundovanın əsərlərinin tədris proqramlarında istifadə edilməsi məqsədəuyğun olar

Premyer Liqa: "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb

Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib

Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib

Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcək

Elmira Axundova: Hazırda yeni layihə üzərində çalışıram

İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı tərk edib

Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib

“Qarabağ”ın diyetoloqu: Sağlam və balanslı qidalanma ən azı məşq qədər vacibdir

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır - ŞƏRH

İsmayıllıda zəlzələ olub

Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib

Gürcü politoloq: “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” deyənlər yanılırlar

Parlamentlərarası münasibətlər və əməkdaşlıq imkanları Lyublyanada müzakirə olunub

Qəmzə Yusubova: “Şəhərsalma və Memarlıq İli”ndə həyata keçiriləcək layihələr ətraf mühitin qorunmasına diqqəti artıracaq

Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır

Sədr müavini: “Qarabağ”ın menyusu və qidalanma rejimi AQTİ mütəxəssisi tərəfindən idarə olunur VİDEO

Sədr müavini: “Qarabağ”ın menyusu və qidalanma rejimi AQTİ mütəxəssisi tərəfindən idarə olunur VİDEO

Qurban Qurbanov: Sağlam qidanın nəticələrimizdə çox böyük rolu var VİDEO

Qurban Qurbanov: Sağlam qidanın nəticələrimizdə çox böyük rolu var VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birincilik keçirilir

İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş heç kəs cəzasız qalmayacaq - ŞƏRH

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib

BDU-da milli məhkəmələrin rolu müzakirə olunub

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

Şirvanda 4 nəfərə dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu qoyulub, azyaşlı həyatını itirib VİDEO

Şirvanda 4 nəfərə dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu qoyulub, azyaşlı həyatını itirib VİDEO

Avropa sənayesi enerji riskləri qarşısında: Yunanıstan enerji qiymətlərinin aşağı salınmasını Aİ-nin prioritetinə çevirir

Azərbaycan iqlim dəyişmələri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər

Azərbaycanın yeni rəqəmsal arxitekturası: məktəbdən süni intellektə uzanan yol

Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub

Çin bir raketlə orbitə 7 peyk çıxarıb VİDEO

Çin bir raketlə orbitə 7 peyk çıxarıb VİDEO

Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır

Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir

İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb

Amerikalı ekspert:  Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək

® “OBA” FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib

Professor: Azərbaycan florası botaniki-coğrafi baxımdan bir neçə əsas rayona bölünür

Qurban Qurbanov: Artıq sıx qrafikdə oynamağa öyrəşmişik VİDEO

Qurban Qurbanov: Artıq sıx qrafikdə oynamağa öyrəşmişik VİDEO

Astanada Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı müzakirə olunub

Qəbələyə ən çox hansı ölkədən turist gəlir?

Angela Merkel Almaniya Prezidentliyinə namizəd olacağı barədə iddiaları təkzib edib

Qurban Qurbanov: “Nyukasl”ın zəif tərəfləri yoxdur VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın zəif tərəfləri yoxdur VİDEO

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO

® “Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı – “Li L9 Ultra” avtomobili sahibini tapdı

“Sumqayıt” yeni transferini açıqlayıb

Mixeil Kavelaşvili: Mövcud geosiyasi şərait Orta Dəhlizin əhəmiyyətini daha da artırıb

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində - ŞƏRH

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avrasiya nəqliyyat və logistika sisteminin vacib halqasına çevirib - RƏY

Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AQTİ-də olub VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AQTİ-də olub VİDEO

Türkiyə Prezidenti İslam ölkələrini nəqliyyat əlaqələrini gücləndirməyə çağırıb

Azərbaycanəsilli gimnastlar ABŞ-da uğurla çıxış ediblər

Hindistan və Çinin neftə tələbatının artması “qara qızıl”ı bahalaşdırıb

Birləşmiş Ştatların regionla bağlı siyasətində Azərbaycan xüsusi yer tutur - ŞƏRH

Banqladeşdə parlament seçkisi baş tutub

Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazası yaradılır

Siyasi mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya münasibətləri: Mustafa Şokay (II hissə)

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO

Türkiyənin TPAO şirkəti bp ilə İraq yataqlarının işlənməsi üzrə əməkdaşlıq edəcək

Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb

Aeroport yolunda məhdudiyyət tətbiq ediləcək yerləri xəritə vasitəsilə müəyyənləşdirmək mümkün olacaq

Fermerlərə subsidiya ödənişlərinə başlanılır

Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib

BMU-da süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqinə dair elmi seminar

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub

Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam VİDEO

Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam VİDEO

Qırğızıstan parlamentinin yeni spikeri seçilib

Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq

AI agentləri üçün kriptopulqabı təqdim olunub

Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM

® “Birbank” debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM

Azərbaycan və İran arasında həyata keçirilən layihələr, onların icra vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ABŞ şirkətləri ilə qurulan tərəfdaşlıq texnologiya axını və insan kapitalının inkişafı üçün əlavə imkanlar yaradır - ŞƏRH

Astanada “Suyun ardınca: Bosfordan Böyük çölə qədər” sərgisi açılıb VİDEO

Astanada “Suyun ardınca: Bosfordan Böyük çölə qədər” sərgisi açılıb VİDEO

Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb VİDEO

Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb VİDEO

Türk şirkət rəhbəri: Azərbaycanda rəqəmsallaşma sahəsində yerli qurumlarla əməkdaşlıq edəcəyik VİDEO

Türk şirkət rəhbəri: Azərbaycanda rəqəmsallaşma sahəsində yerli qurumlarla əməkdaşlıq edəcəyik VİDEO