BƏƏ-nin əsas trasında Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub
Əbu-Dabi, 2 aprel, AZƏRTAC
BƏƏ-nin iki ən böyük şəhərini - Dubayı və Əbu-Dabini birləşdirən magistral yollardan birində Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub.
AZƏRTAC BƏƏ-nin yerli KİV-lərinə istinadla xəbər verir ki, aprelin 7-də “Yol kənarında” sərgilər layihəsinin ikinci mövsümünə rəsmən start veriləcək. “Luvr Əbu-Dabi” Muzeyində qeyd ediblər ki, bu heykəlin qoyulması həmin layihənin yeni mövsümünün başlanması rəmzidir. Şeyx Zayed şosesində yol kənarında 10 eksponat, o cümlədən “Luvr-Əbu-Dabi” kolleksiyasından 3D formatlı 3 heykəl qoyulacaq. Bu eksponatlar əslində 10 metr hündürlüyündə reklam lövhələridir.
Buddanın abidəsi şəfqət və mərhəmət ilahəsi Quanyinin çinli heykəltəraş Avalokiteşvara (XI-XII əsrlər) tərəfindən yaradılmış heykəlinin reproduksiyasıdır. Bu, trasda qoyulmuş birinci eksponatdır. Layihə müəllifləri əmindirlər ki, yol kənarında qalereya sayəsində avtomobil sürücüləri incəsənət aləmi ilə tanış olmaq, ölkənin yerli radiostansiyalarında tras boyunca yerləşdiriləcək bütün eksponatlar haqqında verilişləri dinləmək imkanı əldə edəcəklər.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]