İQTİSADİYYAT


Bakıda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal olunub

Bakı, 9 noyabr, AZƏRTAC

Doqquz ayda paytaxtda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 6,0 faiz, tütün məmulatlarının istehsalı 67,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 64,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 4,6 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 19,3 faiz, kağız və karton istehsalı 20,1 faiz, poliqrafiya məhsullarının istehsalı 3,5 dəfə, mebel istehsalı 54,2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.