REGİONLAR


Beynəlxalq Tibbi Forum çərçivəsində mühazirələr dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb

Naxçıvan, 21 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində C bölməsində mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oftalmologiya, pediatriya, ümumi cərrahiyyə, ginekologiya, infeksion xəstəliklər üzrə 70-ə yaxın çıxış dinlənilib.

Forumun ilk günü “Oftalmologiya” adlı bölmədə moderatorlar professor Paşa Qəlbinurun (Musayev), tibb üzrə fəlsəfə doktorları Yazgül Abdiyevanın, Hafiz Qəhrəmanovun rəhbərliyi ilə 8, “Pediatriya” adlı bölmədə professor İlyas Okurun, dosent Rauf Bəylərovun, tibb üzrə fəlsəfə doktorları Allahverdi Musayevin, Azər Əhmədovun moderatorluğunda 7, daha sonra eyni adlı bölmədə professorlar İlyas Okurun, Aytən Məmmədbəylinin, dosent Mətləb İbrahimovun, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevin moderatorluğu ilə 8, professorlar Mehmet Akif Türkoğlu, İsa Abdullayev, Məlahət Sultanova, dosent Solmaz İmanovanın moderator olduqları “Cərrahiyyə” bölməsində 12 çıxış dinlənilib.

“Ginekologiya” adlı bölmədə moderatorlar professor Erkut Attarın, dosent Şəymən Qədimovanın, tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının rəhbərliyi altında 11, eyniadlı bölmədə professor İslam Mahalovun, dosent İlhamə Mustafayevanın, tibb üzrə fəlsəfə doktoru Şəmistan Əliyevin moderatorluğu ilə 10, “İnfeksion xəstəliklər” adlı bölmədə moderatorlar professor Adil Allahverdiyevin, dosentlər Rafiq Bayramovun, Ceyhun İsmayılzadənin, Nuri Bəslənin, İsmayıl Əfəndiyevin rəhbərliyi altında 12 çıxış dinlənilib, suallar cavablandırılıb.

X X X

I Beynəlxalq Tibbi Forum çərçivəsində D bölməsində stomatologiya, tələbə elmi-tədqiqat işləri üzrə 40-a yaxın çıxış dinlənilib. Forumun ikinci günü “Tələbə elmi-tədqiqat işləri” adlı bölmədə moderatorlar dosent Müşfiq Həsənovun, dosent Elsevər Əsədovun, Aqil Ağakişiyevin, Elvin Əliyevin rəhbərliyi altında 12, Müşfiq Həsənovun, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirovanın, Aqil Ağakişiyevin, Elvin Əliyevin moderatorluğu ilə 12, forumun üçüncü günü “Stomatologiya” adlı bölmədə moderatorlar professor Umut Ertaşın, dosent Cabbar Həsənovun, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun rəhbərliyi ilə 4, professor Çingiz Rəhimovun, dosent Fərman Həsənovun, tibb üzrə fəlsəfə doktorları Rauf Cəfərovun, Vüqar Qurbanovun moderatorluğu ilə isə 4 çıxış dinlənilib.

Qeyd edək ki, I Beynəlxalq Tibbi Forum Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilib. Forumda dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm xadimi iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.