Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər
Tbilisi, 10 may. AZƏRTAC
Mayın 10-da "Rustavi Təhsil və Mədəniyyət Mərkəzi"nin müəllim və şagirdləri bir qrup valideynlə birlikdə Rustavidəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, gül-çiçək dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri Raida Dərziyeva abidə ətrafında toplaşanlara Heydər Əliyev şəxsiyyətinin ucalığından, onun təkcə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında deyil, Gürcüstan və gürcü xalqı qarşısında da göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Bildirilib ki, gürcü xalqının yaxın dostu olan dahi şəxsiyyət Heydər Əliyev bütün çətin zamanlarda Gürcüstanın yanında olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi