Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Bakıda Azərbaycan xalqının Ümummilli Lideri və müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ədəbi-musiqili xatirə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycandakı Tatar Diasporunun Ağsaqqallar Şurası və “Kayum Nasıri İnstitutu” Bakı Təhsil və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub
Tədbir tatar diasporunun nümayəndələri, ictimai xadimlər, yaradıcı ziyalılar və gəncləri bir araya gətirib.
Əvvəlcə Ümummilli Lider haqqında videoçarx nümayiş etdirilib, burada Heydər Əliyevin müasir Azərbaycanın təşəkkülündə rolu əks olunub.
“Kayum Nasıri İnstitutu” Bakı Təhsil və Mədəniyyət Mərkəzinin direktoru Elmira Yusifli qeyd edib ki, Heydər Əliyevin adı həyatını Vətəninə və xalqına xidmətə həsr etmiş görkəmli dövlət xadimi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.
Tədbir ədəbi-bədii proqramla davam edib