Azərbaycan Avropa Həftəsində təmsil olunub
London, 10 may, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən “Goodenough” Kollecində Avropa Həftəsi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 15-dən çox ölkə təmsil olunub. Magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş rezidensiya icması və təhsilyönümlü xeyriyyə təşkilatı olan “Goodenough” Kollecinin himayədarı Kral III Çarlzdır.
Avropa mədəniyyəti, mətbəxi, tarixi və musiqisinə həsr olunan tədbir çərçivəsində müxtəlif ölkələrin stendləri qurulub və məkan “Mini Avropa”ya çevrilib. Stendlərdə ənənəvi mətbəx nümunələri, tarixi məlumatlar və maraqlı faktlar təqdim olunub.
Azərbaycan da tədbirdə uğurla təmsil olunub. Stenddə ölkəmizi Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbə Elmira Babayeva təmsil edib. Ziyarətçilər ölkəmizin mədəniyyəti, milli ənənələri və mətbəxi haqqında məlumat əldə etmək imkanı qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]