Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfirliyinin heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü məqsədilə anım tədbiri keçirib.
AZƏRTAC-ın məlumatına görə, səfirliyin inzibati binasında təşkil olunmuş tədbirdə səfirlik əməkdaşları əvvəlcə Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, bu əlamətdar günü dərin ehtiramla yad ediblər.
Daha sonra Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz Ulu Öndərin zəngin həyat yolundan və parlaq siyasi irsindən söz açıb, onun xilaskar missiyası ilə dövlətimizin və xalqımızın tərəqqisində və rifahının yüksəldilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlər barədə danışıb.
Diplomat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən və müdrik strategiya müasir dövrümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Prezident İlham Əliyevin mayın 10-da Zəngilanda keçirdiyi görüşlər zamanı Ümummilli Lider, onun dövlətçilik amalı və qurtuluş mübarizəsi barədə söylədiyi fikirlərə istinad edən səfir bunun xüsusilə Azərbaycanın gənc nəsilləri üçün dərindən öyrənilməli və mənimsənilməli olduğunu bildirib.
Səfir Rəşad Novruz vurğulayıb ki, bu gün ərazi bütövlüyünü bərpa etməyin qürurunu yaşayan, dövlətçilik qüdrəti və inkişaf yolu ilə beynəlxalq miqyasda müstəsna rəğbətlə qarşılanan Azərbaycan məhz həmin müdrik siyasi kursun işığı ilə irəliləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]