Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Binəqədi gənclərinin III liderlik məclisi”nə yekun vurulub

Bakı, 7 noyabr, AZƏRTAC

“İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı, rayonun gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən Binəqədi gənclərinin III liderlik məclisinə yekun vurulub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində keçirilən layihənin məqsədi gənclərin hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin gənclərə liderlik bacarıqlarının aşılanması və asudə vaxtlarının səmərəli təşkili olub.

Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən reallaşdırılan layihədə bütün sahələr üzrə müsahibə yolu ilə seçilmiş fəal Binəqədi gənclər iştirak ediblər. Həmçinin Suriya, İraq, Fələstin və Misirdən olan gənclər də layihə çərçivəsində keçirilən təlimlərə qatılıblar.

Gənclər əvvəlcə xalqımızın Ümummilli Liderinin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. İştirakçılar muzeydə ulu öndər Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də Şamaxı rayonuna səfərlərini əks etdirən stendlərlə tanış olublar.

Sonra layihə iştirakçıları Şamaxı Cümə məscidini ziyarət ediblər. İştirakçılara məscidin 743-cü ildə inşa edildiyi və Azərbaycanın ən qədim məscidi olduğu bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yenidən qurulan məscid 2013-cü ilin mayında istifadəyə verilib.

Daha sonra Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində “Binəqədi gənclərinin III liderlik məclisi”nin açılışı olub.

Açılış mərasimində layihənin məqsədi barədə məlumat verən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, “Binəqədi gənclərinin I və II liderlik məclisləri” 2014-cü və 2015-ci illərdə müvəffəqiyyətlə həyata keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da çıxışlarında dövlət gənclər siyasətinin uğurlu icrasından bəhs edib, layihə iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra gənclər üçün ilk təlimə start verilib. Üç gün ərzində “Layihələrin yazılması və idarə olunması” mövzusunda təşkil olunan təlimlərdə gənclərə layihələrin icrası ilə bağlı zəruri məlumatlar verilib.

Layihə çərçivəsində gənclərin Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına tanışlıq səfəri də təşkil olunub. Burada layihə iştirakçılarına rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Daha sonra iştirakçılar Şamaxının ən qədim kəndlərindən olan Dəmirçi kəndinə gəliblər. Kənddə gənclər qədim sənətkarlıq nümunələri ilə tanış olub, kənd ictimaiyyəti ilə görüşüblər.

Axşam saatlarında gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması məqsədilə layihə iştirakçıları arasında intellektual oyunlar keçirilib.

Ümumiyyətlə, layihə çərçivəsində fərqlənən gənclərə qiymətli hədiyyələr təqdim olunub.

Layihənin üçüncü günündə təlimlərə yekun vurulub və gənclər əldə etdikləri biliklər əsasında layihələrini hazırlayıblar. Hazırlanmış layihələr əsasında “Layihə yarmarkası” təşkil olunub. Yarmarkanın yekununda iştirakçılara “Binəqədi gənclərinin III liderlik məclisi”nə qatılmaları barədə sertifikatlar təqdim edilib.

Təqdimat mərasimindən sonra Şamaxı rayon tarix-diyarşünaslıq muzeyində olan gənc liderlər burada nümayiş etdirilən eksponatlara baxıblar.

“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən “Binəqədi gənclərinin III liderlik məclisi” xoş ovqatla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

“Araz-Naxçıvan” ukraynalı baş məşqçi ilə vidalaşıb

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

Avropada yaşayan azərbaycanlılar minifutbol millisinin oyunlarına dəvət olunublar

"Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” layihəsi yekunlaşıb

AZPROMO-nun rəhbəri: 4,5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına təxminən 15 milyard dollar investisiya qoyulub

Prezident İlham Əliyevin aqrar sahə ilə bağlı tapşırıqları mühüm yol xəritəsidir ŞƏRH

Ali Məclisin yaz sessiyası başa çatıb

Audit şəffaf iqtisadiyyatın, peşə etikasının və ictimai etimadın mühüm dayağıdır - MÜSAHİBƏ

Xızı rayonunda sahibkarlarla görüş olub

Əlilliyi olan şəxslərin “İkinci ev”i

“Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” – monoqrafiya

Azərbaycanın Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib

Könül Nurullayeva: “Bakı Fəaliyyətə Çağırış” qlobal humanitar həmrəylik mesajıdır ŞƏRH

Texnika üzrə fəlsəfə doktoru: Aqrar sahədə əldə edilən uğurlar Azərbaycanda dinamik inkişafın göstəricisidir

Xocalıya daha 29 nəfər qayıdıb

Ölkəmizin qlobal əməkdaşlığa açıq dövlət olduğu bir daha təsdiq olundu – ŞƏRH

“Qarabağ” azarkeşlərin davranışına görə yüksək məbləğdə cərimələnib

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibləri məlum olub

Azərbaycan millisinin Macarıstan və Şimali Makedoniya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş olub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Gürcüstanda Müstəqillik Günü qeyd edilir

Milli Məclisin yaz sessiyası başa çatıb VİDEO

Milli Məclisin yaz sessiyası başa çatıb VİDEO

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

İşə qəbul zamanı tibbi müayinə tələbləri sərtləşdirilir

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ümumrespublika olimpiadasına start verilib

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

“Lizinq” anlayışı “maliyyə icarəsi” termini ilə əvəz olunur

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

EMTA və CECECO arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

BDU tələbələri üçün müdafiə sənayesi üzrə akademik tədris proqramı elan olunub

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib VİDEO

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin əbədi qalmasını təmin edir RƏY

Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldıracaq ŞƏRH

Molekulyar Biologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsindən faydalananların sayı açıqlanıb

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

Elmir Həbibullayev: “Sea Breeze”də iki mindən çox daşınmaz əmlak obyekti ABB ilə müştərək ipoteka proqramı çərçivəsində satın alınıb

“Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir

Gənc turizm liderləri Qubada bir araya gəlib

Cənubi Koreyanın ilk nüvə sualtı qayığı 2030-cu illərin ortalarında istifadəyə veriləcək

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur VİDEO

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur VİDEO

AQTA-nın sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvan gömrükçüləri külli miqdarda tütün məmulatları aşkarlayıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub - ŞƏRH

Media: İranla münaqişə səbəbindən inkişaf etmiş ölkələrdə real əməkhaqqı azalır

Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur

NBA-da növbəti finalçı bəlli olub

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova: Vətənimdə bu cür coşqu ilə qarşılanmaq mənim üçün qürurvericidir

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək

Kəndlərin inkişafı, bölgələrdə yaşayış səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - ŞƏRH

Həcc zəvvarları Ərafat dağı düzənliyinə yola düşüblər

Fransa hökumətinin sözçüsü: Enerji böhranı yaşayırıq

Sabah hava əsasən yağmursuz olacaq

AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

Avropa İttifaqının tərəfdaşları itirmək təhlükəsi: Gürcüstan və Azərbaycana qarşı səhv siyasət

“Gas Infrastructure Europe”: Aİ ölkələri növbəti qış mövsümü üçün anbarlara cəmi 11 milyard kubmetr qaz vurub

Azərbaycandan çay ixracı 15 faizdən çox artıb

Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir

“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

Elm və təhsil naziri Qaxda peşə təmayüllü siniflərin və rəqəmsal dərslərin gedişatını izləyib

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

® Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır VİDEO

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır VİDEO

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Bu saata olan əsas xəbərlər

Bəxtiyar Hacıyev: Satışa çıxarılan aylıq 8400 biletin 70 faizdən çoxu artıq satılıb

Müstəqillik Günü münasibətilə “AzərEnerji”nin Tədris Mərkəzində master-klas təşkil olunub

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına yönəlib - ŞƏRH

“Diplomatik dördlük” Hörmüz boğası ilə bağlı bəyanat verib

Fransada 7 nəfər istidən ölüb

Komitə sədri: Yeni Dövlət Proqramı kənd təsərrüfatının səmərəliliyində həlledici rol oynayacaq

“Neftçi”nin futbolçusu Kipr klubuna keçir

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030-cu il hədəfləri - ŞƏRH

Əfran İsmayılov Premyer Liqaya yüksələn klubun vitse-prezidenti təyin olunub

Bahar Muradova: Genderəsaslı risklərin azaldılmasında preventiv mexanizmlər səmərəli nəticə verir

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib

Tədqiqat: Misirin Böyük Piramidası zəlzələyə davamlılıq baxımından ən mükəmməl tikilidir

Qubada Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans: memarlıq və inkişafın vəhdəti

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir VİDEO

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Premyer Liqa: “Qarabağ” bu mövsüm ev oyunlarında tamaşaçı sayına görə liderdir

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi elan olunur

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

Litva bir qrup qanunsuz miqrantı Belarusa geri göndərib