ELM VƏ TƏHSİL


Biofizika İnstitutu ilə Xəzər Universitetinin əməkdaşlığı genişlənir

Bakı, 6 fevral, AZƏRTAC 

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü professor Oktay Qasımov, elmi işlər üzrə direktor müavini professor Kərim Qasımov və İnteqrativ Biologiya laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü İlham Şahmuradov Xəzər Universitetində olublar.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Hamlet İsaxanlı bu əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Professor Oktay Kazımov Biofizika İnstitutunda təşkil edilən tədqiqatların əhəmiyyətindən danışıb.

Danışıqlar zamanı tərəfləri maraqlandıran müxtəlif məsələlər, o cümlədən, laboratoriyada texniki cihazların tələbələrə əyani göstərilməsi, laboratoriyalarda mövcud cihazların iki qurumun tələbə və tədqiqatçıları arasında birgə mübadiləsi və istifadəsi, beynəlxalq layihələrin birgə yazılması, elmi-pedaqoji və elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar Xəzər Universitetində yeni yaradılan müasir Nanotexnologiya və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzi laboratoriyalarında aparılan tədqiqat işləri ilə tanış olublar.

Görüşdə Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova, elektronika və telekommunikasiya departamentinin müdiri Nuru Səfərov, bioloji elmlər departamentinin dosenti Cavid Ocaği, kimya mühəndisliyi və tətbiqi kimya departamentinin koordinatoru Rəsul Muradi də iştirak edib.

Xatırladaq ki, tərəflər arasında ilk görüş cari il yanvarın 24-də Biofizika İnstitutunda keçirilib. Görüşdə AMEA-nın Biofizika İnstitutu və Xəzər Universitetinin “Dünya məktəbi” arasında elm və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.