Böyük Britaniya Qazaxıstan vasitəsilə nəqliyyat daşımalarında maraqlıdır
Astana, 8 oktyabr, AZƏRTAC
Böyük Britaniya Qazaxıstan vasitəsilə Çin ilə Avropa arasında nəqliyyat daşımalarında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Astanada Böyük Britaniya və Qazaxıstan beynəlxalq ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirilib.
Qeyd edilib ki, hazırda “Bir kəmər-bir yol” layihəsi Çin və Avropa arasında ticarət və nəqliyyat daşınmalarında böyük potensial yaradıb, Qazaxıstanın Avrasiya regionunda strateji əhəmiyyətə malik olması əməkdaşlığı daha da gücləndirmək üçün fürsətdir. İclasda iki ölkə arasında daha çox ixracatın olacağı vurğulandı.
Qeyd edək ki, Böyük Britaniya Qazaxıstanda olan xarici investorlar arasında 3-cü ölkədir. Böyük Britaniyaya məxsus 100-dən artıq şirkət Qazaxıstanda müxtəlif sahələrdə fəaliyyət göstərir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]