ELM VƏ TƏHSİL


DİM dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib

DİM dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib

Bakı, 30 noyabr, AZƏRTAC

Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən oktyabrın 16-da dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib. İmtahanda uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını ala bilərlər. Namizədlər şəxsiyyətlərini təsdiq edən sənədlə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra sertifikatlarını növbəti həftə ərzində əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.