MƏDƏNİYYƏT


Daşkənddə “Azərbaycan-özbək ədəbi əlaqələri” kitabı Azərbaycan və özbək dillərində çap olunub

Daşkənd, 21 avqust, AZƏRTAC

Daşkənddə tanınmış Azərbaycan alimi Qulamhüseyn Əliyevin “Azərbaycan-özbək ədəbi əlaqələri” (1920-1960-cı illər) kitabı Azərbaycan və özbək dillərində çap olunub.

AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap edilən kitabı özbək dilinə mərhum şair və tərcüməçi Usman Kuçkar çevirib.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçi fəlsəfə doktoru Zöhrə Əliyeva, redaktoru, professor İlham Rəhimlidir.

Kitabda 1920-ci ildən 1960-cı ilədək Azərbaycan-özbək əlaqələri ətraflı təhlil edilir. Bildirilir ki, bu kitab 1920-1960-cı illərin ədəbi prosesini izləyən ilk elmi işdir. Topluda ədəbi əlaqələrimizin klassik dövrü də tədqiq edilir. Qeyd edilir ki, ədəbi əlaqələrin tarixi böyük Azərbaycan şairi Nizami Gəncəvinin dövründən başlayır, tanınmış özbək şairi Əlişir Nəvainin dövründə davam edir.

Qulamhüseyn Əliyev dəfələrlə Səmərqənd və Buxara şəhərlərində olub, bir müddət Daşkənddə yaşayıb və Özbəkistanda alimin çoxlu dostları olub, bu dildə səlis danışıb.

Bu günlərdə Daşkənddə kitabın təqdimatının keçirilməsi də nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.