Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat aparılır
Bakı, 25 oktyabr, AZƏRTAC
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanına oktyabrın 13-dən başlanan qeydiyyat davam edir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə noyabrın 2-si saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə noyabrın 10-u saat 23:59-dək aparılır. İndiyədək imtahanda iştirak etmək üçün AB, AC, BA qrupları üzrə 66, eyni zamanda, BB qrupu üzrə 77 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, imtahan noyabrın 13-də AB, AC, BA qrupları üzrə saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]