İQTİSADİYYAT


Energetika naziri enerji sahəsində keçiriləcək hərraca Rusiya şirkətlərini dəvət edib

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu il “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Yaxın gələcəkdə bu sahədə layihələr həyata keçirmək üçün hərrac keçirməyi planlaşdırırıq və bu hərracların iştirakçıları arasında Rusiya şirkətlərini görmək istərdik.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib.

“Bu yaxınlarda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu da qəbul edildi və bu istiqamətdə fəaliyyətimiz genişlənəcək. Düşünürəm ki, bu sahədə də Rusiya ilə uğurla əməkdaşlıq edə bilərik”, - deyə nazir qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.