REGİONLAR


Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir FOTO

Tərtər, 19 oktyabr, T.Ağaməmmədov, foto R.Mehdiyev, AZƏRTAC

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 19-da gecə və səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv ağır artilleriyadan atəşə tutulub. Nəticədə Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Rayonun yaşayış məntəqələrində vətəndaşlara məxsus evlərə ciddi ziyan dəyib.

Ümumilikdə, sentyabrın 27-dən indiyədək ilkin məlumata görə Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 700-dək evə, 64 çoxmənzilli yaşayış binasına, 60-dək yardımçı tikiliyə, 20 sosial, 8 istehsal, 45 ticarət obyektinə, 18 inzibati binaya ziyan dəyib.

Erməni vəhşiliyinin izlərini fotolarda təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.