CƏMİYYƏT


Evlərdən və avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da və 19-da rayondakı iki evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 19-da rayondakı evlərin birindən mebel, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramal Həsənov yaxalanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 13-də rayonda dörd avtomobildən noutbuk, mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.