CƏMİYYƏT
Gədəbəydə “Sağlam nəsil, sağlam gələcək” adlı konfrans şəhid ailələrinə həsr olunub
Bakı, 13 iyul, AZƏRTAC
Cəmiyyətin əsasını təşkil edən ailələrin sağlamlığının möhkəmləndirilməsi, ailə dəyərləri və milli ənənələrin qorunub saxlanılması, uşaqların firavan inkişafının təmin edilməsi prioritet məsələlərdən biridir. Gədəbəy rayonunda şəhid ailələrinin iştirakı ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin keçirdiyi “Sağlam nəsil, sağlam gələcək” konfransı da məhz həmin məsələlərə həsr olunub.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Korluğun qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi” mövzusunda çıxış edib.
Sonra “Öd daşı xəstəliklərində maddələr mübadiləsi prosesinin pozulması”, “Reproduktiv sağlamlığın qorunması” və digər tibbi mövzularda çıxışlar dinlənilib.
Konfrans iştirakçıları ailədə harmonik münasibət, qarşılıqlı yardım və uşaqların inkişafında sağlamlıq vərdişlərinin böyük rol oynaması və s. mövzularda müzakirələr aparıblar.