ELM VƏ TƏHSİL


Gənc Kooperatorların III Liderlik Məktəbinin bağlanış mərasimi və son təlimi keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənc Kooperatorların III Liderlik Məktəbinin bağlanış mərasimi və son təlimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva layihənin məqsədi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, iki gün ərzində təşkil olunmuş Gənc Kooperatorların III Liderlik Məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında liderlik keyfiyyətlərinin üzə çıxarılması istiqamətində təlimlər həyata keçirilib.

Tədbirdə çıxış edən universitetin mətbuat xidmətinin rəhbəri, tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov layihə müddətində görülən işlərdən söz açıb və liderlik məktəbinin uğurlu nəticələrini vurğulayıb.

Sonra layihə iştirakçılarının fikirləri və təklifləri, sualları dinlənilib.

Qeyd olunub ki, liderlik məktəbində həqiqətən fərdi inkişaf üçün imkanlar yaradılıb və tələbələr öz fikirlərini açıq şəkildə ifadə edə biliblər. Liderlik keyfiyyətlərinin gənclərə aşılanması üçün Gənc Kooperatorların III Liderlik Məktəbi çərçivəsində zəruri addımlar atılıb.

Sonda təlimlərdə, diskussiyalarda fərqlənən gənclərə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.