İDMAN


Gəncədə “Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıb

Bakı, 21 avqust, AZƏRTAC

Gəncədə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən mini futbol üzrə məhəllələrarası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda şəhər birinciliyi başa çatıb.

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, gərgin keçən final qarşılaşmasında “Gəncə” komandası “Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.

Yarışda 160-a yaxın idmançı iştirak edib. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin “Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.