“Gibraltar International Chess Festival 2019”da iki şahmatçımız mübarizə aparacaq
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 22-də Cəbəllütariqdə şahmat üzrə “Gibraltar International Chess Festival 2019” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, festivalın “Masters” turnirinə hər il onlarla qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri cəlb edilir. Artıq uzun illərdir ki, bu festival İsveçrə sistemi üzrə keçirilən ən güclü turnir hesab olunur. Bu il festivalın “Masters” turnirində dünyanın müxtəlif ölkələrindən 249 şahmatçı mübarizə aparacaq ki, onlardan da 14-ü “2700 klubu”nun üzvüdür. Festivalda Azərbaycan iki şahmatçı ilə təmsil olunacaq. Bunlar yığmamızın üzvləri Arkadiy Naydiç və Rauf Məmmədovdur.
Qeyd edək ki, nüfuzlu yarışda fransız Maksim Vişye-Laqrav, amerikalılar Hikaru Nakamura, Uesli So, ukraynalı Vasili İvançuk, ingilis Maykl Adams və çinli Yu Yanqyui kimi güclü şahmatçılar da mübarizə aparacaqlar.
Yarışa yanvarın 31-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [21:39]
Premyer Liqa: "Neftçi"dən asan qələbə
- 10.05.2026 [19:44]
Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]