MƏDƏNİYYƏT


“Grammy 2019” mərasimində Aşantinin əynindəki paltarın dizayneri Rüfət İsmayıl olub

Bakı, 11fevral, AZƏRTAC

“Grammy” mükafatının 61-ci dəfə təqdim edilməsi mərasimində Amerika şou-biznesinin ulduzu Aşanti qırmızı yola çıxarkən onun əynində azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən yaradılmış paltar olub.

AZƏRTAC xəbər verir ki, amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model Aşantini ən çox məşhurlaşdıran “Ashanti” adlı debüt albomu satışa çıxarılandan sonra elə ilk həftə ərzində yarım milyon nüsxə satılıb. Bu, müğənni üçün rekord göstərici olub. Aşantinin “Foolish” mahnısı isə 10 həftə ərzində “Billboard Hot 100” çartında birinci yeri tutub.

Müğənni “Grammy” mükafatının təqdim edilməsi mərasimində qırmızı yola çıxarkən onun əynində Rüfət İsmayılın yaratdığı paltar olub.

Rüfət İsmayıl ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.

Beyonse, Cey Lo və Avril Lavin kimi dünya ulduzları Rüfət İsmayılın brendinin pərəstişkarlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.