DÜNYA
Gürcüstanda 180 nəfər günəş yanıqları ilə xəstəxanalara müraciət edib
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstanda günəş yanıqları xəsarəti alan 180 nəfər xəstəxanaya gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze məlumat verib. Onun sözlərinə görə, hazırda onların 35 nəfəri xəstəxanada müalicə alır, qalanları isə evə buraxılıb. Yanıq xəsarəti alanların ən kiçiyinin 3, böyüyünün isə 26 yaşı var. Ümumilikdə, gün şüalarından yanıq xəsarəti alanların 50 faizini qadınlar təşkil edir.
Həkimlər əhaliyə müraciət edərək, saat 11:00-17:00 arasında gün altında olmamağı, zərurətdən açıq havada gəzənlərə isə bacardıqca gün şüalarından qorunmağı tövsiyə edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]