İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün 17 nəfər qeydiyyatdan keçib
Bakı, 28 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir. İmtahana qeydiyyat noyabrın 10-dək aparılacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, 17 (AB - 2, AC-15) nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]