İran Səudiyyə Ərəbistanı ilə danışıqlara razılıq verib
Tehran, 13 oktyabr, AZƏRTAC
İrana səfərimin məqsədi bölgədə yeni münaqişənin yaranmasının qarşısını almaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranda səfərdə olan Pakistanın Baş Naziri İmran Xan Prezident Həsən Ruhani ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Jurnalistlərin çoxsaylı suallarını cavablandıran İ.Xan diqqəti ikitərəfli əlaqələrdən daha çox regiondakı gərgin vəziyyətə yönəldib. Vurğulayıb ki, bu gün Yaxın Şərqdə hərbi münaqişələr minlərlə günahsız insanın qətlinə və yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Ona görə də, yeni bir münaqişənin başlamasına yol vermək olmaz.
İran Prezidenti H.Ruhani isə nəzərə çatdırıb ki, İrana qarşı siyasi və iqtisadi təzyiqlər göstərilir. Lakin buna baxmayaraq İran xoşməramlı təkliflərə müsbət cavab verməyə hazırdır.
Sabah İ. Xan Tehrandan Ər-Riyada uçacaq və ehtimal ki, İranda apardığı danışıqlar barədə Səudiyyə Ərəbistanının kralına məlumat verəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]