REGİONLAR


İsmayıllıda qış ayları üçün yem ehtiyatı yaradılır

İsmayıllı, 9 iyun, AZƏRTAC

İsmayıllıda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda qış aylarında mal-qara üçün kifayət qədər yem ehtiyatının yaradılması istiqamətində lazımi tədbirlər görülür.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirilib ki, bölgədə 51 min 709 baş iribuynuzlu, 180 min 620 baş xırdabuynuzlu mal-qara var. Heyvanların qış aylarında şirəli, quru və qüvvəli yemlə normal təmin edilməsi məqsədilə lazımi iş aparılır. Hazırda rayon üzrə 4 min hektardan çox sahədə yem tədarükü davam edir. İndi əsas işlər cənub və dağətəyi ərazilərdə aparılır. Artıq iri heyvandarlıq təsərrüfatları olan Nikitin adına kolxozda 2 min tondan çox yaşıl, “Azza-Agro” MMC-də isə 750 tondan artıq şirəli yem tədarük edilib.

Heyvandarlıq üzrə digər fermer təsərrüfatlarında, eləcə də fərdi təsərrüfatlarda yem toplanışı davam edir.

Qeyd edək ki, rayonun şimal dağ kəndlərində yem tədarükünə bu ayın axırlarında başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.