Kaktus adlı it altı gün ərzində marafon qaçışında iştirak edib
Rabat, 1 may, AZƏRTAC
Mərakeşin cənubunda dünyada ən mürəkkəb marafonlardan biri sayılan “Marathon des Sables” yarışları başa çatıb.
AZƏRTAC İspaniya KiV-lərinə istinadla xəbər verir ki, marafonun iştirakçıları altı gün ərzində 250 kilometr məsafə qət ediblər. Marafonun baş qəhrəmanı isə haradan gəlməsi məlum olmayan Kaktus ləqəbli it olub. İkinci mərhələdə qaçışçılara qoşularaq bu günlər ərzində təqribən 241 kilometr qaçmış Kaktusun səyləri medal ilə mükafatlandırılıb.
“Marathon des Sables” yarışları altı mərhələdən ibarətdir. Bu günlər ərzində havanın hərarəti gündüz 40 dərəcəyə çatır, gecə isə xeyli soyuq olub. Digər qaçışçılar və marafonun təşkilatçıları yürüş müddətində Kaktusu su və yeməklə təchiz ediblər, gecələr isə digər iştirakçılarla bərabər o da düşərgədə istirahət edib. Marafonun ən uzun hissəsi olan 71 kilometrlik mərhələdə Kaktusun halı pisləşsə də, bir qədər dincələndən sonra yoluna davam edib. Bütün mərhələlər başa çatandan sonra həkimlər itin sağ-salamat olmasını təsdiqləyiblər. Kaktusun sahibi Karen Hedfild bildirib ki, bu it Berberlərin yaşadığı səhra rayonunda hər gün 40 kilometr yol gedir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]