İDMAN


Litvanın çimərlik futbolu üzrə milli komandası dünya çempionatının seçmə mərhələsinə qatılıb

Vilnüs, 21 iyul, AZƏRTAC 

Litvanın çimərlik futbolu üzrə milli komandası azərbaycanlı baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsinə qatılıb.

AZƏRTAC xəbər verir ki, çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları Moskvada təşkil olunub. Çimərlik futbolu ənənələrinin çox zəif olduğu Litva, azərbaycanlı baş məşqçinin dəstəyi ilə bu idman növünü inkişaf etdirməyə çalışır.

Yarışda Litva millisi ilk oyunda İsveçrə komandasına 1-8 hesabı ilə uduzub. Növbəti rəqib Türkiyə millisi olacaq.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.