ELM VƏ TƏHSİL


Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Bakı, 18 fevral, AZƏRTAC

Magistraturaya sənəd qəbulu bu gün başa çatır. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və fevralın 18-i saat 23:59-dək davam edəcək.

Bu gün saat 10:20-yə olan məlumata görə, 17 min 849 bakalavr (Azərbaycan bölməsi – 16 min 291; rus bölməsi - 1558) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in saytındakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (Ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onu doldurduqdan sonra saat 17:00-dək DİM-ə yaxınlaşmalıdırlar).

İmtahan fevralın 28-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.