“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib
Bakı, 26 avqust, AZƏRTAC
İngiltərənin “Mançester Siti” komandası Mərakeş millisinin futbolçusu Ayub Buaddini heyətinə qatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mərkəz yarımmüdafiəçisi “şəhərlilər”ə Fransanın “Lill” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Lill” 19 yaşlı yetirməsinin satışından, bonuslar da daxil olmaqla, 100 milyon avro qazanacaq.
Qeyd edək ki, Ayub Buaddi “Lill”in yetirməsidir. O, Liqa 1 təmsilçisinin əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə edib.
Futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, əsas milli komanda olaraq doğma vətəni Mərakeşi seçib. O, Mərakeş millisində 8 oyun keçirib ki, bunların 5-i dünya çempionatına təsadüf edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [12:52]
“Neftçi” lüksemburqlu futbolçu ilə yollarını ayırıb
- 26.08.2026 [12:26]
Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ən intizamlı komandası olub
- 26.08.2026 [12:01]
Azərbaycan boks millisi Avropa çempionatına Gürcüstanda hazırlaşacaq
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]