Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır
Bakı, 26 avqust, AZƏRTAC
2026-2027-ci tədris ili üzrə X sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılır.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 27-də saat 15:00-dan etibarən X sinif şagirdlərinin elektron yerdəyişməsi həyata keçiriləcək. Yerdəyişmə prosesi sy.edu.az portalı vasitəsilə aparılacaq.
Qeyd olunub ki, 2026-2027-ci tədris ili üzrə II–IX və XI sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi avqustun 20-də saat 15:00-dan başlayıb və hazırda davam edir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [15:14]
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb
- 26.08.2026 [14:28]
“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
- 26.08.2026 [14:23]
Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]