Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın startap və innovasiya ekosistemi yeni inkişaf mərhələsinə daxil olur. Ölkənin strateji mövqeyi, rəqəmsal iqtisadiyyatın genişlənməsi və Türkiyə, Mərkəzi Asiya və digər bazarlarla artan əlaqələri Azərbaycanı regional biznes və texnologiya mərkəzinə çevrilmək üçün əlverişli mövqeyə çıxarır.

AZƏRTAC-a müsahibəsində Türkiyənin “Sistem Global” şirkətinin MDB regionu üzrə koordinatoru Yulia Çimen Azərbaycanın innovasiya ekosisteminin potensialı, Bakı ofisinin fəaliyyəti, Azərbaycan-Türkiyə arasında texnologiya və vençur kapitalı sahəsində əməkdaşlığın perspektivləri, eləcə də ölkənin regional biznes və innovasiya mərkəzinə çevrilmək imkanlarından danışıb.

– Azərbaycan son illərdə startap ekosisteminin inkişafı, innovasiya mərkəzlərinin yaradılması və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. “Sistem Global” Azərbaycanın innovasiya ekosisteminin regionun digər bazarları ilə müqayisədə hansı üstünlüklərini daha perspektivli hesab edir?

– “Sistem Global” olaraq biz regionu bir müddətdir izləyirik, son iki ildə Azərbaycanı daha intensiv şəkildə araşdırır və burada fəaliyyət göstəririk. Azərbaycanı müşahidə edərkən bizi ən çox təsirləndirən amil miqyas deyil, sürət oldu. Bəli, regionun bəzi bazarları ilə müqayisədə Azərbaycan ekosistemi bu gün daha kiçik görünə bilər. Lakin biz böyüklükdən daha çox artım dinamikasına diqqət yetiririk və bu dinamika həqiqətən diqqətçəkəndir.

Həm dövlət qurumlarının, həm də sahibkarların özlərini daim inkişaf etdirmək, yeni yanaşmaları sınamaq və öyrənmək istəyi yüksəkdir.

Buna Azərbaycanın coğrafi mövqeyini də əlavə etdikdə mənzərə daha da aydın olur. Azərbaycan Türkiyə, Mərkəzi Asiya və Xəzər regionu arasında təbii qovşaq rolunu oynayır. Bu gün kiçik görünən ekosistemin belə bir dinamika və səylə uzunmüddətli perspektivdə əhəmiyyətli nəticələr əldə edə biləcəyinə inanırıq.

Biz “Sistem Global” olaraq bu potensiala erkən mərhələdə daxil olmağı və onun inkişaf prosesinin bir hissəsinə çevrilməyi seçdik. Eyni zamanda, Türkiyədə və dünyada olan minlərlə müştərimizə bu regionu və burada mövcud imkanları tanıtmağı qarşımıza məqsəd qoyduq.

– Bakıda fəaliyyətə başlayan ofisiniz vasitəsilə Azərbaycan şirkətləri və startapları üçün hansı konkret xidmətləri təqdim etməyi planlaşdırırsınız? Yerli innovativ şirkətlərin beynəlxalq bazarlara çıxışını dəstəkləmək üçün hansı mexanizmlər həyata keçiriləcək?

- Bakıya gələrkən üç əsas “körpü” yaratmağı qarşıya məqsəd qoyduq. Birincisi, 1996-cı ildən Türkiyədə həm dövlət, həm də özəl sektorla işləyərək əldə etdiyimiz texnologiya və rəqəmsallaşma təcrübəsini regiona gətirmək və buradakı dinamizmə öz təcrübəmizi əlavə etməkdir. İkincisi, investisiya “körpüsü” yaratmaqdır. Məqsədimiz regionda və dünyada olan kapitalı ehtiyacı olan startaplarla hər iki istiqamətdə bir araya gətirməkdir.

Üçüncüsü və bizim üçün ən dəyərlisi isə şirkətlərin inamla böyüyə biləcəyi ekosistem formalaşdırmaqdır. Bu, 30 illik konsaltinq təcrübəmizdən yararlanmaq və maliyyələşməyə çıxış əldə etmək imkanı verən bir struktur deməkdir.

İlk mərhələdə Türkiyədən Azərbaycana gələn şirkətlərə lokallaşma və biznesin inkişafı xidmətləri göstərməyə başladıq. İndi isə bunun əks istiqamətini də həyata keçiririk: Azərbaycan şirkətlərinə, ilk növbədə, qloballaşma və maliyyələşməyə çıxış istiqamətində xidmətlər göstərməyə başlayırıq.

Nəticə etibarilə, Bakıda fəaliyyət göstərən ofisimizin Türkiyədə 30 ildir etdiyimiz kimi, şirkətin yaradılmasından ilkin kütləvi səhm təklifinədək (IPO) bütün inkişaf mərhələlərini əhatə edən dəstək strukturuna çevrilməsini hədəfləyirik.

– Türkiyə ilə Azərbaycan arasında texnologiya, innovasiya və vençur kapitalı investisiyaları sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Bu əməkdaşlığın genişləndirilməsi üçün hansı istiqamətlər prioritet olmalıdır və özəl sektor bu prosesdə hansı rolu oynaya bilər?

– Bu məsələdə gördüyümüz əsas çatışmazlıq əslində nə ideya, nə də kapital çatışmazlığıdır. Əsas məsələ iki tərəf arasında mövcud etimadı praktik əməkdaşlığa çevirəcək “sahə biliyinin” kifayət qədər olmamasıdır.

Türkiyəli investor və ya sahibkar Azərbaycan bazarını, azərbaycanlı sahibkar və ya investor isə Türkiyə bazarına və kapitalına çıxış yollarını çox vaxt səthi bilir. Buna görə də hesab edirəm ki, prioritet iki ölkə arasında müntəzəm əməkdaşlığı konkret layihələrə çevirəcək konsaltinq və vasitəçilik mexanizmlərinin yaradılması olmalıdır. Hüquqi, maliyyə və əməliyyat baxımından sahədə olan, hər iki tərəfi tanıyan aktorlar bu körpünü daha sürətlə qura bilərlər.

Özəl sektorun rolu da məhz burada ortaya çıxır. Dövlətin yaratdığı çərçivəni gündəlik işgüzar münasibətlərə, birgə investisiyalara və konkret kommersiya sazişlərinə çevirmək özəl sektorun vəzifəsidir.

“Sistem Global” olaraq biz də özümüzü məhz bu nöqtədə mövqeləndiririk – həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyət göstərən və iki tərəfi bir-birinə bağlayan “körpü” kimi.

– Süni intellekt, rəqəmsallaşma və yaşıl transformasiya müasir biznes dünyasının əsas trendləri hesab olunur. Azərbaycan şirkətlərinə beynəlxalq rəqabət qabiliyyətlərini artırmaq üçün hansı sahələrə daha çox investisiya yatırmağı tövsiyə edərdiniz?

– Ən mühüm tövsiyəmiz bu ola bilər: böyüməni işçi sayını artırmaqla deyil, texnologiyaya investisiya etməklə təmin etmək. Proseslərin mümkün qədər texnologiya ilə dəstəklənməsi həm səmərəliliyə, həm də beynəlxalq rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Bununla yanaşı, şirkətlərə üç məsələni daim gündəmdə saxlamağı tövsiyə edirik: yeni bazarları aktiv şəkildə araşdırmaq, maliyyələşməyə çıxış üçün israrlı olmaq və ətraflarında baş verən dəyişiklikləri izləməyi vərdişə çevirmək.

Bütün bunlar vaxt və diqqət tələb edir. Buna görə də şirkətlər bu istiqamətlərə vaxt ayırmağı öz strategiyalarının bir hissəsinə çevirməlidirlər. Bu günün imkanlarını izləməyən şirkətin məhsulu nə qədər yaxşı olsa da, beynəlxalq miqyasda rəqabət aparması çətinləşir.

Bundan əlavə, xüsusilə üzərində dayandığımız başqa bir məsələ də birləşmə və birləşərək böyümə prinsipidir. Hesab edirik ki, bu yanaşma istənilən halda həyata keçirilməlidir. Dövlət səviyyəsində təşviq və dəstək mexanizmləri də bu miqyasda, daha böyük və sürətlə böyüyən yanaşma əsasında qurulmalıdır.

Bunu mərhələli hədəf kimi görürük: əvvəlcə Azərbaycan şirkətlərinin və imkanlarının öz aralarında birləşməsi, daha sonra Azərbaycan-Türkiyə birgə şirkət və layihələrinin böyüməsi, növbəti mərhələdə isə bütün türk coğrafiyasını əhatə edən birləşmələrin həyata keçirilməsi.

– Azərbaycanın strateji coğrafi mövqeyi, Orta Dəhliz boyunca artan iqtisadi fəallıq və regional logistika mərkəzi kimi oynadığı rol xarici investorların diqqətini cəlb edir. Siz Azərbaycanın regional biznes və innovasiya mərkəzi olmaq potensialını necə qiymətləndirirsiz? Qarşıdakı illərdə ölkəyə hansı yeni investisiya imkanlarının cəlb olunacağını düşünürsünüz?

– Bu məsələdə kifayət qədər pozitiv mövqedəyik. Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan yalnız tranzit məntəqəsi deyil, həm də özlüyündə təyinat məkanına çevrilir.

Strateji mövqe, inkişaf edən infrastruktur və texnologiyaya artan maraq bir araya gəldikdə, qarşıdakı illərdə logistika və texnologiya mərkəzlərindən tutmuş, ortaq xidmət əməliyyatlarına və regional baş ofislərə qədər bir çox sahədə yeni investisiyaların Azərbaycana yönələcəyini düşünürük.

“Sistem Global” olaraq biz də bu transformasiyanın bir hissəsi olmaq niyyətindəyik və səylərimizi bu istiqamətdə göstəririk. Məqsədimiz yalnız ölkəyə gələn investisiyaları qarşılamaq deyil, Azərbaycanın öz şirkətlərinin, öz texnologiyasının və öz mütəxəssis potensialının da dünyaya çıxmasına töhfə verməkdir.

Daha sonra bu strukturu və əldə edilən təcrübəni digər türk dövlətlərinə də daşımaq istəyirik. Bakıda fəaliyyət göstərən ofisimizi də məhz bu baxışla, uzunmüddətli və yerli köklərə malik bir struktur kimi qururuq.

Müxbir – Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib