Azərbaycan Dövlət İnformasiya Agentliyi

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. AZƏRTAC Akademiyanın birinci vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Elmlər Akademiyasının yaradılması prosesi və ilk təsis yığıncağı" adlı məqaləsinin xülasəsini təqdim edir.

Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə başlanılıb. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək, ekspedisiyalar təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar olsa da, sistemli və fundamental tədqiqatlar aparılmasına geniş imkan yarada bilməyib. 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyətinin funksiyalarından bir qədər irəli gedib, lakin institutun əsas istiqaməti siyasi və iqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmayıb. Bununla belə, həmin qurumların fəaliyyəti gələcəkdə yaradılacaq akademiya üçün müəyyən zəmin hazırlayıb. 1932-ci il dekabrın 29-da yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi respublikada o vaxta qədər mövcud olan elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlayıb. Azərbaycan şöbəsində rəhbərlik etmiş tanınmış alimlər Frans Levinson - Lessinq, Ruhulla Axundov, Əhəd Yaqubov, Cəfər Kazımov, Artur Zifeldt-Simumyaqi, Heydər Hüseynov, Aleksey Klimov, Vəli Xuluflu, Yakov Kozin və başqaları konkret elm sahələri üzrə sektorlar yaradılması vəzifələrini həyata keçirib, ölkə miqyasında elmi fəaliyyətə maraq göstərən yaradıcı qüvvələri işə cəlb ediblər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər doğurduğu üçün mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurəti meydana çıxıb. 1935-ci il oktyabrın 25-də akademik Frans Levinson - Lessinqin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan filialı yaradılıb. Qısa müddət ərzində Azərbaycan filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq sektorları təşkil olunub. Statusun artması Azərbaycan filialında elmi-tədqiqat institutlarının yaradılmasına imkan verib. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılıb. Elmi-tədqiqat institutları səviyyəsində aparılan tədqiqatlar daha sistemli və ardıcıl olub, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə müsbət təsir göstərib. Xüsusən kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına böyük nüfuz qazandırıb. Eyni zamanda, humanitar və ictimai elmlər sahəsində çalışan yaradıcı qüvvələrin dahi şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq sahəsində gördükləri genişmiqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş SSRİ miqyasında mühüm hadisəyə çevrilib. Bu dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi tədqiqatların möhkəm bünövrəsi qoyulub. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vulkanologiya tədqiqatlarına başlanılması, Mezozoy dövrünün öyrənilməsi üzrə ilk addımlar atılması, Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planları, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşri filialın həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu.

Böyük Vətən müharibəsi dövründə elmin, ziyalıların böyük rolunu və əhəmiyyətini dərindən hiss edən sovet rəhbərliyi SSRİ Elmlər Akademiyasının imkan və səlahiyyətlərinin daha da genişləndirilməsi zərurətini nəzərə almalı olmuşdu. Hələ müharibə bitməmiş respublikalarda İttifaq akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş qaydada idarə olunan müstəqil akademiyaların yaradılması işinin davam etdirilməsinə diqqət yetirilib. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarov 1944-cü ilin oktyabr ayında Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə tanış olub, mövcud imkanları öyrənib. O, oktyabrın 24-də SSRİ Xalq Komissarları Sovetinin sədr müavini Vyaçeslav Molotova Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazıb. 1945-ci il yanvarın 23-də SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında 131 saylı qərar qəbul edib. Respublikanın ali məktəblərindən və elmi-tədqiqat institutlarından Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərini və həqiqi üzvlərini seçmək üçün təkliflər alınıb. Bu məqsədlə 1945-ci ilin fevral-mart aylarında respublikada çalışan 41 tanınmış alimin namizədliyi haqqında təkliflər hazırlanıb. Biz hələlik həmin 41 nəfərdən 33-nün adını müəyyən edə bilmişik: Əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Mixail Abramoviç, geologiya-mineralogiya elmləri doktoru, professor Şamil Əzizbəyov, fizika-riyaziyyat elmləri doktoru, professor Həbibulla Əmirxanov, geologiya- mineralogiya elmləri doktoru Ələşrəf Əlizadə, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdul Balakişiyev, SSRİ Xalq artisti, prosessor Üzeyir Hacıbəyli, biologiya elmləri doktoru, professor Aleksandr Qrossheym, fəlsəfə elmləri doktoru, professor Heydər Hüseynov, Əməkdar elm xadimi, professor Sadıq Dadaşov, Əməkdar elm xadimləri, texnika elmləri doktorları, professorlar Konstantin Yeqorov, İosif Yeşman, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla Qarayev, geologiya-mineralogiya elmləri doktoru, professor Mirəli Qaşqay, Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Aleksandr Makovelski, kimya elmləri doktorları, professorlar Yusif Məmmədəliyev, Şamxal Məmmədov, Əməkdar elm xadimləri, tibb elmləri doktorları, professorlar Malik Məlikov, Mirəsədulla Mirqasımov, Əməkdar incəsənət xadimi, şair Səməd Vurğun, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mustafa Topçubaşov, Əməkdar incəsənət xadimi, memar, professor Mikayıl Useynov, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəliyev, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İvan Şirokoqorov, geologiya-mineralogiya elmləri doktoru, professor Əhəd Yaqubov, kimya elmləri doktoru, professor Viktor Qutırya, biologiya elmləri doktorları, professorlar Valentina Rusanova, Aleksandr Derjavin, geologiya-mineralogiya elmləri doktorları Andrey Solovkin, Əzəl Sultanov, Əməkdar elm xadimi, tibb elmləri doktoru Mirxaliq Yaqubov, etnoqraf, professor Aleksey Klimov, tibb elmləri doktoru, professor Zülfüqar Məmmədov, kimya elmləri doktoru, professor Şıxbala Əliyev.

Adları qeyd edilən alimlərdən sıra ilə 24 nəfəri müzakirə üçün hazırlanan siyahıda öz əksini tapıb. Qalan 9 nəfərin Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilmək haqqında elmi-tədqiqat institutları və ali məktəblər tərəfindən verilən təqdimatlar arxiv materialları içərisindən əldə edilib. Hələlik adlarını müəyyənləşdirə bilmədiyimiz daha 8 nəfər haqqında məlumatları tapıb üzə çıxarmaq, ehtimal olunan siyahını tamamlamaq elm xəzinəmizi araşdıranların qarşısında duran vəzifədir.

Qeyd etmək lazımdır ki, müəyyən olunmuş namizədlər müvafiq dairələrdə müzakirə edildikdən sonra onlardan 24 nəfəri daha yüksək səviyyədə baxılmaq üçün tövsiyə edilib. Bu, yuxarıda təqdim etdiyimiz Mixail Abramoviçdən başlanan siyahı üzrə Əhəd Yaqubovun da daxil olduğu şəxslərdən ibarət olub. Siyahı rəsmi dairələrdə müzakirələrdən keçdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının ilk həqiqi üzvlərinin və təsisçilərinin müəyyən edilməsi üçün konkret elm sahələri üzrə namizədlərin siyahısının tərtib edilməsi tövsiyə olunub. Bu dəfə 24 nəfərin sıralarından 4 bölmə üzrə 14 nəfərin siyahısı və onlar haqqında məlumatlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına göndərilib. Bu sənəd, həmçinin yaradılmaq ərəfəsində olan Azərbaycan SSR Elmlər Akademiyasında hansı elmi bölmələrin təşkil edilməsinin nəzərdə tutulmasını müəyyən etmək baxımından əhəmiyyətlidir. Bu, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə ən şanslı olan alimlərin və ziyalıların təqdimatıdır. Həmin siyahı aşağıdakı kimi idi: Geologiya-Coğrafiya Elmləri və Neft Bölməsi - neft geologiyası üzrə Ələşrəf Əlizadə, Əhəd Yaqubov, mədən geologiyası üzrə Şamil Əzizbəyov, Mirəli Qaşqay, neft kimyası üzrə Yusif Məmmədəliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi -fizika üzrə Həbibulla Əmirxanov, texnika üzrə İosif Yeşman, Biologiya və Kənd təsərrüfatı Elmləri Bölməsi - biologiya üzrə Aleksandr Qrossheym, tibb üzrə Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, İctimai Elmlər Bölməsi - ədəbiyyat və incəsənət üzrə Səməd Vurğun, Üzeyir Hacıbəyli oğlu, fəlsəfə və filologiya üzrə Heydər Hüseynov, Aleksandr Makovelski.

Araşdırmalar göstərir ki, təsisçilərin müəyyən edilməsinə bir neçə gün qalmış hazırlanan bu siyahı da son qərarı ifadə edə bilməyib. Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında Xalq Komissarları Sovetinin qərarı imzalanmaq üçün təqdim edilərkən ən yuxarı səviyyədə məsələyə yenidən baxılıb və müəyyən dəyişiklik edilib. Adları həm ilk 41 nəfərin və 24 nəfərin siyahısında, həm də 14 nəfərlik yekun siyahıda olan, bütün müzakirələrdən keçmiş geologiya-mineralogiya elmləri doktoru, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının direktoru, professor Əhəd Yaqubovun, Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Həbibulla Əmirxanovun və Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Aleksandr Makovelskinin adları yekun siyahıdan çıxarılıb. Qalan 11 nəfərlik heyət Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində ayrı-ayrı elmi bölmələri təşkil etmək baxımından yetərli olmadığından "Siyahı"ya daha 4 nəfərin adı əlavə olunub. Əlavə olunanlardan 3 nəfər şanslı elm xadimi adı əvvəlcə tərtib edilmiş siyahılarda olan, lakin hansı səbəbdənsə axırıncı 14 nəfərlik yekun siyahıya daxil edilməmiş Əməkdar elm xadimi, professor Sadıq Dadaşov, Əməkdar incəsənət xadimi, memar, professor Mikayıl Useynov və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor İvan Şirokoqorov idi.

Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə 1945-ci il martın 27-də seçilmiş ən şanslı namizəd əvvəllər tərtib edilmiş heç bir siyahıda adı göstərilməmiş, bir gün qalmış, bəlkə də elə həmin gün son anda siyahıda yer alan tanınmış yazıçı, filologiya elmləri namizədi Mirzə İbrahimov olub. Mirzə İbrahimov o zaman "Giqantlar ölkəsində" kitabı, Azərbaycan teatrlarında tamaşaya qoyulan "Həyat", "Madrid", "Məhəbbət" pyesləri, bir çox hekayələri və məqalələri ilə tanınır, ölkə miqyasında qəbul olunurdu. Onun görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında 1939-cu ildə nəşr edilmiş "Böyük demokrat" kitabı elmi-ədəbi mühitdə böyük maraq doğurmuşdu. Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin rəisi, Xalq Maarif Komissarı vəzifələrində çalışmış Mirzə İbrahimov cəmiyyətdə aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri kimi də nüfuz qazanmışdı.

Beləliklə, 1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri - birinci akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında" 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub. Qərarda adları yuxarıda göstərilmiş görkəmli alimlər Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və birinci akademikləri seçilmək üçün tövsiyə edilib. Beləliklə, Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibi adları aşağıda qeyd edilən alimlərdən ibarət olub: geologiya-mineralogiya elmləri doktoru, professor Şamil Əzizbəyov, geologiya-mineralogiya elmləri doktoru Ələşrəf Əlizadə, Əməkdar incəsənət xadimi, şair Səməd Vurğun, SSRİ Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Üzeyir Hacıbəyli, biologiya elmləri doktoru, professor Aleksandr Qrossheym, fəlsəfə elmləri doktoru, professor Heydər Hüseynov, Əməkdar elm xadimi, professor Sadıq Dadaşov, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor İosif Yesman, Əməkdar incəsənət xadimi, yazıçı Mirzə İbrahimov, geologiya-mineralogiya elmləri doktoru, professor Mirəli Qaşqay, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyev, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirəsədulla Mirqasımov, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mustafa Topçubaşov, Əməkdar incəsənət xadimi, memar, professor Mikayıl Useynov, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İvan Şirokoqorov.

SSRİ Elmlər Akademiyasının prezidenti, akademik L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda, həmçinin Heydər Hüseynovun akademiyanın vitse-prezidentliyinə namizədliyi məqsədəuyğun sayılmışdı. Azərbaycan Elmlər Akademiyasının ilk tərkibi müəyyən edildikdən sonra 1945-ci il martın 31-də təşkil olunmuş birinci Ümumi yığıncaqda akademiyanın həqiqi üzvlüyünə seçkilər keçirilib və təşkilati məsələyə baxılıb. Yuxarıdakı siyahıda adları qeyd olunan 15 nəfər görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri Akademiyanın həqiqi üzvləri seçilib. Ümumi yığıncaq Mirəsədulla Mirqasımovun Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, Şamil Əzizbəyovun və Heydər Hüseynovun vitse-prezident, Mirəli Qaşqayın akademik-katib vəzifələrinə seçilmələri barədə qərar qəbul edib. Ümumi yığıncaqda, həmçinin Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay və Yusif Məmmədəliyevdən ibarət Rəyasət Heyəti formalaşdırılıb.

Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstəriblər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə namizədliyi göstərilən, lakin ilk akademiklərin sırasında yer ala bilməyənlərin böyük əksəriyyəti sonrakı illərdə akademiyanın həqiqi və müxbir üzvləri seçilib, uzun müddət elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrdə çalışıblar. Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb. Bu elm məbədi ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması və möhkəmləndirilməsi işinə sanballı töhfələr verib. Habelə azərbaycançılıq məfkurəsinin əsas mərkəzlərindən biri olmaq funksiyasını məsuliyyətlə həyata keçirib. Azərbaycan cəmiyyətində müasirləşmə və yeniləşmə istiqamətində həyata keçirilən bütün proqramların icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak edib.  Fəaliyyət göstərdiyi 75 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına görkəmli elm xadimləri Mirəsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950 və 1957-1961), Musa Əliyev (1950-1957), Rüstəm İsmayılov (1957-1970),Zahid Xəlilov (1962-1967), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1984-1996), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) rəhbərlik etmişlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası 24 oktyabr 2019-cu il tarixdən akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirməkdədir. İndiki mərhələdə AMEA-da müstəqil dövlətçiliyin, azərbaycançılıq ideallarının daha da möhkəmləndirilməsinə, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin, habelə beynəlxalq əlaqələrin genişləndirilməsinə, mövcud strukturun təkmilləşdirilməsi və optimallaşdırılmasına səmərəli xidmət etməsinin təmin olunması üçün zəruri islahatlar həyata keçirilməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki tarixi mərhələdə Milli Elmlər Akademiyasının inkişafına daima böyük diqqət və qayğı göstərib. Ulu Öndər deyib: "Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq". 

Bu gün Milli Elmlər Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz