Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirib
Bakı, 10 fevral, AZƏRTAC
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib. Tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Lənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın fevralın 9-da tibb müəssisəsinin Doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2,1 və 2 kiloqram, boyları isə 40, 41 və 42 santimetr olub. Onlardan ikisi oğlan, biri qızdır.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [15:49]
Bakıda elmi-praktik konfransda Türk dünyasının elmi birliyi müzakirə olunub
- 10.02.2026 [15:43]
AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir
- 10.02.2026 [15:05]
Oğurladıqları bank kartı ilə alış-veriş edən şəxslər saxlanılıb
- 10.02.2026 [14:17]
Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,3 faiz artıb
- 10.02.2026 [13:54]