Məmmədyarovlar İsveçrədə şahmat festivalında çıxış edəcəklər
Bakı, 21 iyul, AZƏRTAC
Sabah İsveçrənin Bile şəhərində 50-ci şahmat festivalına start veriləcək. Bu festivalın proqramına ACCENTUS Grandmaster Tournament və Master Tournament turnirləri daxildir.
AZƏRTAC xəbər verir ki, İsveçrə festivalında Azərbaycan idmanının şərəfini qrossmeyster Şəhriyar Məmmədyarov qoruyacaq.
İki dövrəlik ACCENTUS Grandmaster Tournament turnirində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2842), Şəhriyar Məmmədyarov (2801), fransız Maksim Vaşye-Laqrav (2779), rusiyalı Pyotr Svidler (2753), çex David Navara (2741) və yerli şahmatçı Niko Georgiadis (2526) qarşılaşacaqlar.
İsveçrə sistemi üzrə keçiriləcək Master Tournament turnirində 143 idmançı, o cümlədən 30 qrossmeyster iştirak edəcək. Turnirin proqramına Fişer şahmatı, rapid, blits və digər yarışlar daxildir. Bu turnirdə Azərbaycanı Şəhriyarın bacısı Türkan Məmmədyarova təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [20:11]
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
- 19.09.2026 [19:46]
“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib
- 19.09.2026 [10:46]
Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub
- 19.09.2026 [02:44]
Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub
- 19.09.2026 [02:08]
Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]