Misirdə ağır yol qəzasında azı 10 nəfər ölüb
Qahirə, 14 aprel, AZƏRTAC
Misirin Asuan əyalətindəki Əbu-Simbel rayonunda avtobusun qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşması və yanması nəticəsində azı 10 nəfər ölüb, 14 sərnişin yaralanıb.
AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəzada ölənlərin 4 nəfəri Fransa, biri isə Belçika vətəndaşıdır. Yaralıların da 12-si fransız və belçikalı turistlərdir. Misirin Baş Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb, polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb, yaralı turistlərin müalicəsi üçün müvafiq strukturlara tapşırıq verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [12:53]
Peter Macyar ucuz avtomobil işlədəcək və dövlət iqamətgahına köçməyəcək
- 13.05.2026 [12:45]
Çin qlobal süni intellekt təhsil xidməti platformasını istifadəyə verir
- 13.05.2026 [12:35]
Çin XİN: Donald Trampın Pekinə dövlət səfərini alqışlayırıq
- 13.05.2026 [12:26]
TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib
- 13.05.2026 [12:22]
ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib
- 13.05.2026 [12:16]
Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb
- 13.05.2026 [11:54]
Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb
- 13.05.2026 [11:43]