Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb
Bakı, 13 may, AZƏRTAC
2026-cı ilin birinci rübündə Çindən Qazaxıstana daimi yaşayış məqsədilə gələnlərin sayı kəskin artıb.
AZƏRTAC Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Data Hub məlumat yayıb. Bildirilib ki, yanvar-mart aylarında Qazaxıstana 1260 Çin vətəndaşı köç edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çoxdur.
Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına əsasən, bu, son doqquz ildə Çindən qeydə alınan ən yüksək rüblük immiqrasiya göstəricisidir. Məlumata görə, Qazaxıstana ən çox immiqrant Özbəkistandan gəlib – 2275 nəfər. Rusiya 1265 nəfərlə ikinci, Çin isə 1260 nəfərlə üçüncü yerdə qərarlaşıb.
Qeyd olunub ki, Çindən gələn immiqrantların 99,5 faizini etnik qazaxlar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]