Türkiyənin Samsun vilayətində daşqınların nəticələri aradan qaldırılır
Ankara, 13 may, AZƏRTAC
Türkiyənin Qara dəniz bölgəsində yağan güclü yağışlar Samsun vilayətində genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanları daşqınlar nəticəsində xəsarət alan 12 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Çoxsaylı evlər və müəssisələr su altında qalıb, torpaq sürüşmələri onlarla avtomobili aparıb.
İnzibati mərkəzinin su altında qaldığı Havza rayonu daşqınlardan ən çox zərər çəkib.
Xilasetmə qrupları tərəfindən bəzi sürücüləri avtomobillərin damından xilas ediblər.
Şimal vilayətindən bələdiyyə qrupları təbii fəlakət bölgəsinə göndərilib. Məktəblərdə dərslər birgünlük dayandırılıb.
Havzada oxşar fəlakət 1988-ci ildə də baş verib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara