İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib
Bakı, 13 may, AZƏRTAC
İran Ali Məhkəməsi tərəfindən İsrailin kəşfiyyat xidmətinə işləməkdə ittiham olunaraq edam cəzasına məhkum edilən Ehsan Afreşteh mayın 13-ü səhər saatlarında dar ağacından asılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, Ehsan Afreşteh “Mossad” tərəfindən Nepalda xüsusi təlimə cəlb olunub, həmçinin ingilis, fransız və ivrit dillərini mənimsəyib.
Müstəntiqlərin sözlərinə görə, o, İsrail kəşfiyyatına xidmət zamanı “Ceyms” ləqəbindən istifadə edib, “Mossad”la elektron poçt və müxtəlif mesaj tətbiqləri vasitəsilə əlaqə saxlayıb. Ehsan Afreşteh “Mossad”ın ilk tapşırıqlarını taksi sürücüsü kimi yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]