Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik tarixinin ilk Zəfər paradının keçirilməsindən iki il ötür

Bakı, 10 dekabr, AZƏRTAC

İki il əvvəl - dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirilib. Təntənəli hərbi parad 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi olub. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bu gün xalqımız şanlı Zəfər paradını böyük sevinc və qürurla xatırlayır. 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradında düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız nümayiş etdirildi.

Ötən iki ildə hərbi sahədə islahatlar aparılıb, ordumuz qüdrətini daha da artırıb. Eyni zamanda, yeni hərbi texnikalar alınıb, hərbi hissələrin açılışı olub. Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçirilib.

AZƏRTAC bu əlamətdar gündə Zəfər paradının mühüm məqamlarına bir daha nəzər salır.

Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyib.

Paradda 3000 nəfərdən çox şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paraddakı çıxışında deyib: “Bu gün tarixi gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.

Dövlətimizin başçısı çıxışında Zəfər paradının Azərbaycan tarixində əhəmiyyətini xüsusi vurğulayıb: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyətinin Azərbaycanın Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləməsi, Dövlət bayrağının və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqlarının Azadlıq meydanına gətirilməsi hər bir vətəndaşımızda sonsuz qürur hissi oyadıb.

Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər.

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.

İkinci Qarabağ müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına dənizdən dəstək verən Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.

Ermənistan ordusundan qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tanklarının nümayişi qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqi oldu.

Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdəki çıxışlarında Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun gücünün təzahürü kimi qiymətləndirib.

Beləliklə, “Dəmir Yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqidir. Bu şanlı Qələbəni siyasi-diplomatik və iqtisadi müstəvidə də uğurla davam etdirən Azərbaycan regionda əməkdaşlıq və rifah üçün yeni reallıqlar yaratması qarşıda hələ çox zəfərlərin olacağını deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az məlum səhifələri

® Neft işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Gənclər Fondunun qrant müsabiqəsinin nəticələri elan olunub

Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək – ŞƏRH

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ VİDEO

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ VİDEO

Baş nazir: 2020-ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir

Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək – ŞƏRH

Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb

Patrisia Skotland: Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı

Rövşən Tağıyev: Yorğun və yuxulu sürücülər yollarda təhlükə yaradırlar

Təranə Əmiraslanlı: XXI əsrin kimya müəllimi şagirdə yalnız bilik deyil, bacarıq da qazandırır

Gürcüstan liman və dəmir yollarının ötürmə qabiliyyətini ikiqat artırmağı hədəfləyir

Agentlik direktoru: Regional əməkdaşlıq Azərbaycanın yaşıl enerji siyasətində mühüm yer tutur

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb

Gecikdirilmiş 517 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərinin sayı açıqlanıb – STATİSTİKA

Cavid Abdullayev: “Milli Hidrogen Strategiyası”nın icra planı üzərində işlər davam edir

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin inkişafına töhfə verir

BDYPİ: Uşaqların yol təhlükəsizliyi üçün hər kəs məsuliyyətli olmalıdır

7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri

Kristian Mensah: COP31-ə gedən yolda iqlim əməkdaşlığının qorunması vacibdir

Qırx beş il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü

BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunur

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq

İbrahim Qəfərov: Şəhidlərin xatirəsi tarixi irsə zərər vurulmadan yaşadılmalıdır

Yəmənli tədqiqatçı: Bakı İqlim Həftəsindəki müzakirələr bərpaolunan enerjinin inkişafı üçün əhəmiyyətlidir

Şagird: Uğurun əsas şərti zəhmətdir VİDEO

Şagird: Uğurun əsas şərti zəhmətdir VİDEO

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq VİDEO

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq VİDEO

Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

XİN-in idarə rəisi: COP konfransına ev sahibliyi diplomatik, təşkilati və siyasi baxımdan böyük məsuliyyətdir

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

“Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu təşkil edilib

Tanzaniyalı koordinator: İqlim dəyişiklikləri ilə mübarizədə maliyyə resurslarının səfərbər edilməsi vacibdir

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

Süni mayalanma subsidiyası yeni qaydada hesablanacaq

Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək

Fransada feminist təşkilatlar cinsi zorakılığa qarşı qanunun qəbulunu tələb edirlər

İribuynuzlu heyvanların diri çəkisinə, dəri və yunun təhvilinə məhsul subsidiyaları verilməyə başlanılır

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir

Muxtar Babayev: Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır

“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

BMT-nin əməkdaşı: İqlim dəyişikliyi ilə mübarizə çoxtərəfli əməkdaşlıq və yaşıl enerjiyə investisiyalar tələb edir

Azərbaycanlı voleybolçu: Rəqib Türkiyə yox, başqa komanda olsaydı, bir neçə mərhələ keçə bilərdik

Fransa nüvə tədqiqatlarına 18 milyon avro maliyyə vəsaiti ayırdı

Dmitro Şlapaçenko: Azərbaycanla BMT arasında iqlim sahəsində əməkdaşlıq konkret nəticələr verir

Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

Südlük cins heyvanlara görə 1500, ətlik cinslərə isə 1000 manat subsidiya veriləcək

Yalçın Rəfiyev: “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” COP29-un əsas miraslarından birinin davamıdır

Muxtar Babayev: Son onillik ərzində səfərbər edilmiş özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Françesko La Kamera: Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır

Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb

Naxçıvanda hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək

Saymon Stil: COP29 çərçivəsində Azərbaycan iqlim maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etdi

Səkkiz ayda dövlət büdcəsindən 224 milyon manat geri qaytarılıb

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

DİN: Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

Sərhədboyu əkinçiliyə əlavə dəstək veriləcək

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

Texnika, suvarma və yaşıl enerjiyə güzəştlər artırılır

Dəniz ticarətinin əsas marşrutları yeni böhranlarla üz-üzədir

Ekspert: Qaya və daşlara, tarixi yerlərə müdaxilə edən şəxslərə qarşı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər

Şəhid atası: Şəhidlərimizin adını qayalara yazmağa ehtiyac yoxdur, onlar qəlbimizdədir

Mateuş Koxalskinin yeni klubu və “Qarabağ”a ödəniləcək təzminat bəlli olub

AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir

Françesko La Kamera: Enerji keçidi iqtisadi və strateji zərurətdir

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

Əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib

Samed Ağırbaş: COP31 komandası olaraq COP29 sədrliyindən çox şey öyrənmişik

Fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO

Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır

Sertifikatlı toxumun istehsalına dəstək genişləndirilir

Şərurda minik avtomobili yanıb VİDEO

Şərurda minik avtomobili yanıb VİDEO

Şuşa döyüşçüsü: Qarabağa ad yazmağa yox, qəhrəmanlarımızın yazdığı tarixi yaşatmağa gedək

İndoneziyada marketdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

® Yayın son fürsəti: “Ziraat Bank Azərbaycan”ın 0 faiz komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qalıb!

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ” kimi komandalara qarşı oynamaq hər zaman çətindir

COP30-un icraçı direktoru : İqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfliliyi gücləndirməliyik

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib

Nazir: İlin sonunadək külək enerjisi istehsalının 6 dəfəyədək artacağı gözlənilir

Fatma Varank: COP29 irsi bizim üçün möhkəm bünövrə yaradıb

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək

Markus Reşford “Sabah”la oyunu buraxa bilər

Yalçın Rəfiyev: Azərbaycan COP29 zamanı şəffaflığın siyasi səviyyədə əhəmiyyətinin artırılması istiqamətində aktiv fəaliyyət göstərib

NİİM yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət edib

Birmingemdə imzalanan Bardella–Farac anlaşması Fransada siyasi mübahisə doğurub